Orxan Mammadov

Orxan Mammadov
@OrxanMammad
Özümü dinləyərkən mən belə özüm haqqımda yanılarkən, hətta bəzən nə demək istədiyimi özüm belə başa düşə bilməzkən, kim bilir başqaları məni anlamaqdan nə qədər uzaqdır.
Azərbaycan
Bakı, 14 Kasım 1996
113 okur puanı
Ocak 2019 tarihinde katıldı
Aziz Nesin
Qucaqlaşmaq niyə gözəldi, bilirsən? Çünki sağ tərəfdə qəlb yoxdu və orası həmişə boşdu. Qucaqlaşdığında sağ tərəfini onun qəlbi doldurur. Aziz Nesin
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Furuğ Ferruhzad Hayatta asla bir rehberim olmadı. Kimse beni fikren ve ruhen eğitmedi. Sahip olduğum şeyleri kendim elde ettim, sahip olmadığım şeylere de sahip olabilirdim ama huysuzluklar, kendini bil­mezlikler ve hayatın çıkmaz sokakları onlara ulaşmama izin vermedi. Furuğ Ferruhzad
Baxma. 04:51
Baxma insanların gözəlliyinə, özlərini gözəl göstərmələrinə. Yazıçı gör nə gözəl deyib; yollar da gözəldir ancaq altından kanalizasiya axır. Baxma insanlara. Onsuz onlar da sənə baxmaz. Baxmazlar nə yaşadın nə yaşamadın vurub qırarlar. Baxmazlar göz yaşına gülüşündən də yaş axıdarlar. Yaralı gələrlər sağlam gedərlər. Baxmazlar gediklərində yıxılışına. Baxmazlar gözlərinə yığıb saxladığın o keçmişə, danışmadığın sözlərə. İnsanlar kardır kar; dinləməzlər gözlərini. Axı insanlar bəzən dili ilə deyil, gözüylə danışarlar. Hələ o saf ürəyinə heç baxmazlar. Etdiyin bütün yaxşılıqlara peşman olacağına baxmazlar. Yuxusuz gecələrinə, gecələrə insanlar qədər küsdüyünə baxmazlar. Həyatdan incidiyinə baxmazlar. Onlar ilk fürsətdə heçnəyinə baxmadan vurarlar. İtə illərlə qulluq et, söy-döy, bir dəfə sənə qarşı çıxmaz, it çörək verənin tanıyar, qapmaz. Ancaq bir insanı illərlə bəslə, bir gün bəsləmədin deyə pis insan olaraq xatırlanarsan. Baxma insanların xoş sözlərinə, mədəniyyət geyindiklərinə. Bu mədəni insanlar işlər yolunda getmədiyində bir-birilərini yeyərlər. Sənə ehtiyacları var deyə yanında olarlar amma olmadığında yadelli kimi ətraflarından səni çıxararlar. Onların əxlaqı, qanunları pis bir zarafat kimi. İlk problem əlamətində rədd edilərsən. Sən ancaq dünyanın icazə verdiyi qədər yaxşı olarsan.
İnsan ve Duygular
Artıq insanlar maraqlı gəlmir. Onlarla söhbət etmək, nəyisə bölüşmək istəmirəm. Çünki, söhbətlərin hamısı Necəsən?, Yaxşıyam sən necəsən?, Məndə yaxşıyam deyə başlayıb bitir. Bu artıq heç də cəzb edici gəlmir. Yeni insanlar tanımaq istəmirəm. Hamısının sonu eyni cürdür. Sonuna qədər davam etmir. Sevgilər,dostluqlar. İndi həyatımda olanları 5-10 il sonra görə bilmərəm və buna üzülürəm desəm yalan olar. Gedənləri saxlamaq kimi bir fikrim yoxdu, hətta çoxlarına qapını özüm açıram.
İnsan ve Duygular
22:05
Gəl sənə həqiqətlərdən danışım. Gözlərinə yığıb saxladığın hər şeydən xəbərdaram. Ağrıların dili olmur, ona görə də, 5-ini deyib 15-ini özünə saxlayırsan. Çünki bilirsən ki, səni anlamazlar. Onların “səni anlayıram” cümləsi deyilən ən saxta və səmimiyyətsiz sözüdü. Axı sən səni anlaya bilmirsən, onlar necə anlasın? Heç nə keçməyəcək. Məcburən yaşadıqlarına öyrəşəcəksən. Və inan heç nə yaxşı olmayacaq. Öyrəşmə başladığında hər şey sıradan gələcək. Hər şey daha da betər olacaq. Artıq “hər şey düzəlsin” deyə deyil, işlər daha da pis hala gəlməməsi üçün dua edəcəksən. Dostların? Onlar dost deyil. İlk çətin anında səni tərk edərlər. Hər kəs yolunu səninlə, səndən daha güclü münasibət qurana qədər davam etdirir. Görüşlər, kafelər, içdiyin içkilər, etdiyin küfürlər, “yaxşı ki varsan”lar, o səmimi sözlərin heç biri sənin təkliyi doldurmur və doldurmayacaq da. Hər kəs səndən bir parça qoparmaqçun var. Tanrıya da inanma, düşünmə ki O səni görür və sənə edilən hər şeyin cavabını O verəcək. Düşün ki, tanrı yoxdu və sən özün-özünə tanrılıq etməlisən. Sən bu dünyada tək başınasan. Həyat səndən ən çox sevdiklərini insanlarını alacaq, başda ailən olmaqla. Ona görə də kimsə sonsuza qədər qalacaqmış kimi baxma. Hər kəs ötəridir. Bu insanlar səndən işləri keçənə qədər vardır, işləri bitdiyində sən yoxsan. Alış-veriş dünyasıdı. Vermədən ala bilməzsən. Kimi ətini verər, kimi bədənini, kimi ağlını, kimi ürəyini kimisi də ürəyini verər. Bu insanlar sevgiyə ac yaşayırlar. Bir tikə sevgi üçün hər şeyini verərlər. Sonra o sevgini daddığında rədd olub gedərlər. Almadan verə bilməzsən. Ən sevdiyin insanı torpağa verərsən. Həyat sənə ağrıdan, kədərdən qeyri nə isə verməz. İnan mənə sənə qalan sən olacaqsan. İnsanlara güvənməməyi öyrən. İnamsızlığın və güvənsizliyin zərbə almamaq üçün özünə qalxan