Pəri

Pəri

, bir kitap okudu
10/10
·92 syf.·
25 saatte okudu
·
2024 3. kitabı
Kolektif
9.4/10 · 29 okunma
Reklam
Adam güneşe dedi ki, "Ne kadar isterdim, ışığın hayatımın her gününe vursun!" Güneş de adama dedi ki, "Lakin yalnızca yağmur ve gece hatırlatır sana benim ışığımı."
Sayfa 210·Kitabı okudu
Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...
10/10
·316 syf.··
2024 2. kitabı
·
6 günde okudu
·
Okunma: 06 Ocak 2024 23:51
Araz üstə, buz üstə, Kabab yanar köz üstə. Qoy məni öldürsünlər Bir alagöz qız üstə... Eh, Təhminə, Təhminə... Bir ömür unutmayacam səni. Əsəri oxuduqca görürük ki, bizim cəmiyyət öz sözünü deyə bilməyən, həyatının iplərini ailəsinin əllərinə buraxan, səsinin heç kəs tərəfindən eşidilmədiyi, danışanda qızaran Firəngizləri, öz ayaqları üstündə dayanan, istədiyi kimi həyatını yaşayan, güclü Təhminələrdən üstün tutur. Bu azmış kimi bir də Təhminələri əxlaqsız adlandırırlar. Əxlaqsız Təhminə deyildi, əxlaqsız Zaur idi. Ona görə əxlaqsız idi ki, bir qadına "ölürəm səninçün", "sənsiz bir dəqiqə qala bilmərəm" deyib, ona ümidlər verib həmin qadını yarı yolda qoydu. Ona görə əxlaqsız idi ki, Təhminədən intiqam almaq üçün Firəngizlə evləndi. Bir qadını bədbəxt etmək ona az gəldi, yəqin, başqa qadını da bədbəxt etmək istədi. Əxlaqsız Nadir idi. Həmin o Nadir ki, evli olduğu halda başqa qadınlara tamah salırdı. O Nadir ki, içki içirdərək, xoş üz, səmimiyyət göstərərək, noyabrda təzə "pamidor, xiyarla" qadınları tələyə salmaq istəyir. Əxlaqsız Spartak idi. Ona görə əxlaqsız idi ki, Zaurun Təhminəni sevdiyini bilə-bilə bacısının onla evlənməsinə səsini çıxarmadı. Əxlaqsız Zivər idi. O Zivər ki, Zaurun əməllərinə laqeyd qalıb bütün günahı Təhminədə gördü. Sanki Təhminə Zauru zorla evlərindən çıxarmışdı. Əxlaqsız ona görə Zivər idi ki, qarşı cinsə hər cürə haqq qazandırıb öz həmcinsini hər fürsətdə alçaldırdı. Əxlaqsız Alya idi, Murtuz idi, amma Təhminəni əxlaqsız adlandırdılar. Təəccübləndikmi? Bizim cəmiyyətimizin problemi budur. Azad fikirli birini görən kimi "əxlaqsız" adını yapışdırırlar. Gör nə qədər müddətdir ki, bu problem bizim cəmiyyətimizdə var. Nə qədər şəxsiyyətlər mübarizə apardı, amma bizim millət hələ də yerində sayır. Amma bilirəm ki, Təhminə həqiqətən yaşasaydı, bu
Təhminə və ZaurAnar Rızayev · Qanun Nəşriyyatı · 20191,851 okunma