Diana Polyanin

Diana Polyanin
@Polyanin
Reallığın nağıllar diyarından qovulmuş Diana'sı, bir gün günəş sənin üçün parlayacaq.
Öğrenci
Bakı
Azərbaycan/Gəncə
7 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Günlükdən bir parça,
Həyatım axarını itirib, cığırından çıxıb, hər yeni günə, bəlkə, “sağalaram” ümidi ilə oyanmağıma baxmayaraq bacarmıram. *Yazın ən gözəl çağırında ruhumda boynunu bükən qışı sənə necə təsvir edərəm bilmirəm.*
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Mən qayıtdım !
İllərdir seçdiyim, özüm üçün yaratdığım başqa bir obraz, yeni bir hayat var idi. Burada fərqli olan uzaqlaşdığım uşaqlıq, geridə qoyduğum şəhər, bərabərliyində doğmalarım, bəlkə də dəyişən daha nələr. İnsanlardan gizlətməyə çalışdığım “özüm” isə düşündüyüm qədər güvənli, qorunaqlı yerdə deyilmiş. Həqiqətən, nə idi bizi qoruyan ? Kimlərdən, nələrdən qorunmağa ehtiyacımız olduğu barədə isə heç danışmaq istəmirəm. Yəqin ki, saymaqla bitirmək olmazdı.. :) Bəlkə də, hər kəsin içində barışa bilmədiyi həqiqətləri vardır, bizim isə görə bildiyimiz kiçik bir hissə. Bir başqa yanaşımımda, gizlətdiyim sadəcə özüm deyil, daha çox susduqlarım idi. İnsan bəzən ən çox susduqlarından incinir, daha bərkdən qışqırıb, içindən atmaq istədiyi bütün kədərə sadəcə susmaqla qarşılıq verdiyi üçün. İndi olduğum yerdən geriyə baxanda həyatımdan silinib, yaddaşda qalanlarla dolu bir neçə il var əlimdə. Onlara ən xoş arzularımı göndərirəm desəm ,bəlkə, yalan olar.. lakin əksini desəm xatirələrə xəyanət. Bəs həqiqətən, nə idi çox əvvəllər axtarışında olduğum sualın cavabı; “Nə idi bizi öldürən, yaşadan nə idi bizi ?” Bu sualın cavabını hələ də bilmirəm, ama hardasa inanıram ki, nələrəsə ümid etmək, axtardıqlarımıza daha möhkəm sarılmaq, inanmaq.. bütün bunlar bizə yeni pəncələri göstərən yeganə çıxış yoludur.
Dünya üzərində sizin üçün həqiqətən sevinən neçə insan var ?.. Heç düşünmüsüzmü ? Sizin xoşbəxtliyinizi arzulayan, kədərinizə sizdən çox can yandıran.. Heç düşünmüsünüzmü neçə nəfərdən ibarət olduğunuzu ? ikisizmi ?.. Üçsüzmü ?.. Yoxsa böyük “1”dən ibarətsiniz ? Mən dörd idim.. Bəlkə də, üç.. Ailəm o qədər içimdə, ruhumda idi ki, özümü saymağa belə utanırdım..
“Gördüğün gibi sevgi kısa bir süreliğine de olsa paylaştığında o her zaman kalbinde yaşıyor.” Ve ben… Kalbimde bir odayı kitlemiş ve orada bir başkası için bir mum yakmıştım.
Üzü bəri baxan dağlar, mənim sizdə nəyim qaldı ?