Dünyanı sonadək dərk etməyin yeganə üsulu düşüncə yox, hərəkət və vəhdət həyəcanıdır...Beləliklə, paradoksal məntiq Tanrıya sevginin Tanrını düşünərək dərketmə və ya ona sevgi düşüncəsi deyil, onunla vəhdət məqamının həyəcanı, hərəkəti olduğu nəticəsinə gətirib çıxarır.
Bir insan başqalarına tamamilə laqeyd qalaraq yalnız bir adamı sevirsə, onun sevgisi məhəbbət yox, sadəcə simbioz bağlılıq, başqa sözlə desək, geniş yayılmış eqoizmdir.
Atanın məhəbbəti müəyyən şərtlərlə əlaqələndirilmiş məhəbbətdir.
Ata məhəbbətində itaət ən yüksək ləyaqət və savab, itaətsizlik isə məhrumetməklə cəzalandırılan ən böyük günah sayılır.
6yaşdan sonra uşaq ata məhəbbətinə, onun nüfuz və idarəçiliyinə ehtiyac duymağa başlayır.