Aysel Quliyeva

Aysel Quliyeva
@Quliyevaa23
6/10
·243 syf.·
2024 1. kitabı
Kitabın təhlilinə baxdım bir çoxu bəyənib. Düşünürəm şişirdilmiş kitabdı. Veronika 24 yaşlı gənc qızdır və intihara cəhd edir. İntihardan sonra baş verənlər qızın həyatında olan dəyişikliklər və s. Zaman itkisidir deyə düşünmürəm, çünki kitabda əsas məqamlardan biri də başqalarını məmnun etməyə çalışmaq, öz istəklərini bir kənara qoyub başqasının sənin üçün çoxdan planladığı həyatı yaşayıb olduğu kimi qəbul etmək vurğulanır. Günlük həyatımızda bunlar hələ də mövcuddur))
1K
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 2013102,3bin okunma
Reklam
8/10
·372 syf.·
Beğendi
·
2023 4. kitabı
Kitabı qısa müddət ərzində bitirməyə çalışdım. Kitab olduqca axıcı gedirdi. O qədər aydın dildə yazılıb ki, oxuyarkən heç bir sıxılma olmadı. Bu kitabı alana qədər müəllif haqqında heç bir məlumatım yox, kitabla bağlı ağlımda çox sual var idi. Kitab da ən əsas "Sevgi və dostluq" ön plana çəkilib. Hisslər çox gözəl təsvir olunub hər biri hiss edilir sanki. Dəyər, sevgi, hörmət bunlar oxuduqca hiss olur. Bu hisslər olduğu müddətcə münasibətlər gözəl sonluqla davam edəcək. Münasibət dedik də ağıla sadəcə qız və olan arasında olan münasibət gəlməsin. Dostluq...Dostluq da çox önəmlidi. Kitab da qız və oğlanın dostluğu çox gözəl təsvir olunub. Həyatınzda sizi sevən sizə dəyər verən bir dostunuz varsa onu itirməyin. Kitabı oxumağınızı tövsiyə edirəm... Həssas qələbələrə toxunacaq bir sevgi romanıdı..
İnceleme
Qanadsız MələkAysel Şıxlı · Teas Press · 0408 okunma
8/10
·404 syf.·
Beğendi
·
2023 3. kitabı
Uzun zamandan sonra kitabı bitirdim bir az gec oldu bilirəm. Kitab haqqında fikirimi bildirmək istəyirəm. Müəllifin bir çox kitabını oxumuşam bu kitab onlar qədər olmasa da yaxşı idi. Olduqca yaxşı tərcümə edilmişdi. İki qızın dostluğundan bəhs edilir. Günümüzdə belə dostluqlar çətin tapılır. Qısacası mövzu olaraq bəyəndim oxumağa dəyər. Peşman olacağınıza inanmıram çünkü Wulf Dorn öz işinin öhdəsindən layiqincə gəlib. Dostluq hər şeyədən güclüdür.
Dostluk
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022739 okunma
Həyatımız bir insanla dəyişə bilər təsadüflərə inanın.
8/10
·376 syf.·
Beğendi
·
2023 2. kitabı
Müəllifin ikinci kitabı idi oxdum. Kitab real həyatdan yazılıb.Əvvəlləri bir az sıxıcı ola bilər ancaq sona doğru axıcı şəkildə davam edir. Həyata çox fərqli baxan iki nəfərin Anderson xəstəxanasında tanış olması ilə başladı. Özünü dəyərsiz bilən keçmiş Amerikan futbol oyunçusu olan Villinin həyatı ailəsnə görə çox dəyişir. Hər zaman ailəsinin sevgisini və diqqətini gözləyirdi. Ancaq gözlənilən sevgini ailəsi heç cür ona vermirdi. Nəticədə öz dünyasına çəkilir illər keçir öz ailəsini qurur ancaq heç cür xoşbəxt ola bilmir. Hər şeyə negatif tərfindən baxır. Təsadüfən həyatına daxil olan Visam, Villinin həyatına toxunuşlar edir. Visam gənc yaşlarında xərçəng xəstəliyinə tutulduğu üçün Anderson xəstəxanasında müalicə alır. Ölüm döşəyində olan gənc hər zaman gülərüzlü və hər kəslə mehriban olur. Villi ilə dostluqları Anderson xəstəxanasında başlayır. Visamın düşüncələri çox fərqli idi. Onun sayəsində Villinin həyatı kökündən dəyişir insanlara güvəni yenidən qazanır, özünü daha dəyərli görməyə başlıyır. Aralarındakı bağ onları daha çox bir- birinə bağlayır. Kitab əsasən xərçəng xəstəliyi ilə mübarizə aparmaq, həyatda baş vermiş çətin anlar və hər nə olursa olsun heç bir zaman ümidini itirməmək lazım olduğunu xatırladır . Bəzən həyatımız bir insanla dəyişə bilər təsadüflərə inanın. Və nə olursa ümidinizi itirməyin. Öz “mələyi” ilə qarşı­laşmadan heç kəs bu həyatı tərk etməz. Xoşbəxt olmaq üçün on saniyə yetərdi.
İnceleme
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,490 okunma
10/10
·455 syf.·
Beğendi
·
2023 1. kitabı
Kitabı yeni bitirdim və istədim hisslərimi bölüşüm. İndiyə qədər oxuduğum ən yaxşı romandır və mənə çox təsir etdi. Yazıçının ilk kitabı idi oxuduğum. Bu qədərini gözləmirdim. Əsər iki əfqan qadının həyatından bəhs edir. Ayrı həyatları olsa da bir gün həyat onların yolunu birləşdirir. Məryəm on beş yaşında bir qızdır. Özündən böyük biri ilə evlənir və həyatı tamamilə dəyişir. İllər, yaşanmışlar onu yorur. Leyla on beş yaşında ağıllı, tərbiyəli qızdır. Kabildə baş verən müharibə nəticəsində qadınların həyatı dəyişir. Leyla və Məryəmi sevgi bir- birinə daha çox bağlayır. Qadın olmaq çox çətindi məkanın heç bir önəmi yoxdur. Bir sözlə möhtəşəm bir əsər idi.
Hayat
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma