"Ceykob bizimlə birlikdə qalacaq?" Həmin an ilk ağlıma gələn cavab "əlbəttə ki, yox" oldu. Ancaq niyə də olmasın? Evə qayıtmasam, nə itirəcəkdim ki? Soyuq mağaraya bənzər evimi, heç bir dostumun olmadığı, sıxıcı xatirǝlərlə dolu şəhərimizi, son dərəcə adi həyatımı təsəvvürümdə canlandırdım. Həmin an anladım ki, əvvəllər bütün bunlardan imtina edə biləcəyimi ağlıma gətirməmişdim.