J.Ram

Fərqlilikdən qorxan bir dünyanın qeyri-adi insanlar üçün necə bir təhlükə olduğunu təsəvvür edirsiniz?
Alıntı
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Dünyanın bəzi yerlərində bizə şaman və mistiklər kimi baxırdılar, çətinə düşəndə bizimlə məsləhətləşirdilər... Ancaq dünyada əksər insanlar uzun zaman əvvəl bizə qarşı çıxdılar. Müsəlmanlar bizi çıxdaş etdilər. Xristianlar isə cadugər hesab edib yandırdılar. Hatta Uels və Irlandiyanın bütpərəstləri bizi bədxah pərilər və müxtəlif cildlərə girən ruhlar saydılar.
1000Kitap
Bunların hamısı 70 il əvvəl baş vermiş və mənə zəhərli miras kimi qalmış keçmiş üzündən baş verirdi. İndi isə mən bu yırtıcılarla mübarizə apara bilmirdim, çünki onlar hamısı ölmüşdü. Indi onları nə öldürmək, nə cəzalandırmaq, nə də onlarla hesablaşmaq mümkün deyildi.
1000Kitap
Hətta hekayələr inanmamağa başladıqdan sonra belə babamın özündə sanki sehr olduğunu düşünürdüm. Başına gələn bütün faciələrə tab gətirməsi, insanlığın ən pis tərəfini görməsi, dəhşətlərlə üzləşməsi, bütün bunlara baxmayaraq şərəfli, gözəl və cəsur bir insan olmasının özü belə sehrli hadisə idi.
1000Kitap