Amma mənə həqiqəti çatdırdısa ,onun röya olub-olmamasının nə fərqi var? Bircə dəfə həqiqəti gördünsə, ya bildinsə, yatmış və yaxud oyaq olmağın heç bir əhəmiyyət daşımır - bilirsənki bundan başqa gerçəklik yoxdur və ola da bilməz.
Yuxuların qəribə olduğu məlumdur: birində zərgər dəqiqliyi ilə hər şeyin təfsilatını dəhşətli dərəcədə aydın gördüyün halda, digərində heç nə hiss etmədən zamanın, məkanın üstündən çaparaq addayıb keçirsən.
tutaq ki, heç nə vecimə deyildi, amma ağrını ki hiss edirdim. Mənəvi cəhətdən də eynən belədir: acınacaqlı nəsə baş versəydi, həyatda hər şeyin fərqində olduğum çağlardakı kimi rəhmim gələrdi.