Bütün canlıların ortaq bir cəhəti var.Düşüncələrdən, hisslərdən, inanclardan daha güclü bir şey... Yaşamaq istəyi... Heç kim ölmək istəmir. Ölümün romantik, nəcib və ya qəhrəmananə olması ilə bağlı bütün söhbətlər cəfəngiyyatdan başqa bir şey deyil. Sən yaşamaq istəyirsən. Əgər hansısa səbəbə görə fikrini dəyişsən belə, son anda ölümdən qaçmaq üçün nə lazımdırsa edəcəksən.
-Nikka, bütün bunlar doğrudursa, deməli, o,başdanxarab bir qatildir! Onunla məntiqli danışmaq alınmayacaq. Bu bilirsən nəyə oxşayır? Hannibal Lekteri' vegetarian olmağa razı salmağa çalışmağa...