Bu "dildə" başqalarının danışdığını eşidəndə adama ele gəlir ki, sənin qarşında çirkli və toz-torpaqlı bir yığın əskini çırpıb təmizləyirlər.
Bununla belə,bu adamlar mənə yazıqları gələn, mənim halıma yanan yeganə adamlardırlar.
Daxilimdə köklü bir dönüş baş verdi. Hökmün oxunmasına qədər mən həyatın davam etdiyini, nəfəs aldığımı, başqa insanlar kimi yaşadığımı hiss edirdim;indi isə camaatla mənim aramda böyük sədd, qalın,uca bir divar vardı.