Ən axırda ona belə sual verdilər: sizi adam öldürməyə, qarətə cəlb edən nə oldu?
O da suala kobudcasına bir düzgünlüklə, çox aydın cavab verərək dedi:" Bunun hamısına səbəb-kecirdiyim pis güzəran, yoxsulluq və acizlik olmuşdur. Deyirdim ki, bununla heç olmasa üç min əldə edərəm, bu üç minlə də həyatda mövqe qazanmaq üçün ilk addım ata bilərəm. O ki qaldı qarını öldürmək qərarına gəlməyim- bu, yüngülməcazlıqdan, ruhi düşkünlükdən, bir də ki, məhrumiyyət və müvəffəqiyyətsizlik nəticəsində qəzəbləndiyimdən meydana gəldi".