Araz Əliyevin tərcüməsi ilə Bakı Fəlsəfə Akademiyasının elektron formada təqdim etdiyi "90 Dəqiqədə Sokrat", "90 Dəqiqədə Platon", "90 Dəqiqədə Aristotel", "90 Dəqiqədə Nitsşe", "90 Dəqiqədə Konfutsi" və "90 Dəqiqədə Şopenhauer" kitablarını bitirdim.
BFA-nın “Hər kəs üçün fəlsəfə” ideyasını daha da genişləndirmək üçün kitabları oxumağınızı tövsiyə edirəm. Hər kitabın oxunmasına 90 dəqiqədən də az vaxt getdiyini nəzərə alsaq oxumağa dəyər. Xoş mütaliələr!
Konfutsi həyatının mərhələlərini belə təsvir edir: “15 yaşım olanda yalnız oxumaqla maraqlanırdım. 30 yaşımda həyatıma başladım; 40 yaşımda artıq özümdən əmin idim; 50 yaşımda şeylərin ümumi nimzamında öz yerimi başa düşdüm; 60 yaşında mübahisə etməməyi öyrəndim; və indi 70 yaşım var və həyatımı məhv etmədən hər şeyi edə bilərəm”.