the.muhur

Reklam
Kitaplarda karakteri sen belirlersin.Tipini,sesini,bakışlarını,gülüşünü.Şimdi gelip kimse "filmler kitaplardan daha güzel"demesin.
the.muhur
Təbii ki də 🌱💚
Sevgi şairi
Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi, Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan-uzağa xam gümüş kimi Ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis, İşlədərkən onu, sən ey mühəndis, Mən də qart daşlara verdiyim bu hiss, Bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar, Bir yanda kəkliklər, ayna bulaqlar, Bir yanda bülbüllər, çiçəkli bağlar, Mən bu tamaşadan necə əl çəkim? Həyat dedikləri bu keçməkeşdən, Qəlbimdə, qanımda yanan atəşdən, Gecədən, gündüzdən, aydan, günəşdən, Bu əngin fəzadan necə əl çəkim?
the.muhur
Bu gün görkəmli Azərbaycan şairi Mikayıl Müşfiq'in doğum günüdür... (5 İyun 1908 - 6 Yanvar 1938)