Əslində hər bir insanda mövcud olan vicdan adlı bir şey var ki,onun nə olduğunu indiyə kimi heç kəs tam mənası ilə anlamayıb.Bəlkə də vicdan bizim məkanı,forması,kimliyi və necələyi barədə heç nə bilmədiyimiz Tanrının hər bir insanın içində qərar tutan zərrəsidir və məqamında dilə gəlib insana düz yol göstərir,onu ədalətə dürüstlüyə səsləyir.İnsanlar həmin zərrənin adına "vicdan" deyirlər və deməli,əslində vicdanı olmayan insan yoxdur,sadəcə,vicdanının səsini dinləyib əməl edən,dinləyib əməl etməyən və ümumiyyətlə,dinləmək istəməyən insanlar var bu dünyada...