Sabina Rahimi

Sabina Rahimi

, bir kitap okudu
8/10
·160 syf.··
2021 8. kitabı
Vladimir Tumanov
8.6/10 · 6,1bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
10/10
·300 syf.··
2021 5. kitabı
·
23 günde okudu
·
Okunma: 26 Şubat 2021 22:05
Inanılmaz bir kitab oldu. Məgər həkim olmaq, xəstələrə vəziyyəti anlatmaq nə qədər çətinmiş?!. Müəllif özü dünyaca məşhur neyroxirurqdur. Kitab ingilislərə xas buzluqla bərabər səmimidir. Neçə hissəsində həzm etmək üçün saxladîm,bəzi hissələri sərt,kövrəldici idi. Amma ümumi soyuqluqları , emosional soyuqluq vardı. Inkişaf etmiş bir dövlətin absurd xəstəxana qərarları olduğuna təəccübləndim,yetmədi dünyaca məşhur olasan,amma bu qərarlara atmaca atîb,tənqid edəsən ona lap təəccübləndim. Müəllif Ukraynadakî işbirliyi zamanı Sovetin çöküşündən sonrakı xəstəxanaların vəziyyətini ,insanların miskinliyini ironik-məzəylə elə yazıb ki,dövlət xəstəxanalarımızın hələ də iyrənc vəziyyətini xatırladırdı. Həqiqətən sovetin hissiyatı hələ də o divarlarda yamaq belə olsa, içindəki vəziyyətlə öz qalıqlarını saxlayir deyə düşünürəm.
Sakın Zarar VermeHenry Marsh · Monokl · 2016146 okunma
10/10
·302 syf.··
2021 7. kitabı
Sevil Atasoy-Bu Ayak izi senin Dr.Watson! "Çeyrek asırdır sürdürdüğüm bu yolculukta,bana eşlik etmenizi istememin başlıca iki nedeni var. Ilki ,bilim ve teknolojinin adalete katkısını,adli bilimlerin cazibesi ve vazgeçilmezliğini, her ayrıntısı gerçek olan suç öyküleri ile size  aktarmak . Diğeri ve kanımca daha da önemlisi,içinize kuşku tohumları ekerek, tıpkı hayali hayali detektiv Sherlock Holmes'un,yardımcısı Dr.Watson'a dediği gibi "Hiç bir şey, apaçık ortada olan kadar aldatıcı değildir" demenizi sağlamak. Sevil Atasoyu Arzunun paylaşımından ve '"Kanıt" dizisindən tanımağa başlamışam. Cinayətlərin tapmaca kimi çözülərək tapılması  cəlbedici,əyləncəli və primitiv sujet kimk görünsə də ,içində təkcə məntiq yox,həm də müraciətdə deyildiyi kimi kimya,biologiya,riyaziyyat,bir sözlə digər elm sahələri və zamanla inkişaf edən yeni-yeni peşə sahələri və texnoloji inkişaf da təqdim edilir. Hamimizin sevimlisi ,kitablari sevməmizə şərait yaradan "Sherlock Holmes" macəralarinin yazıçısı A.C.Doyle isə 19 əsrdə yazdığı əsərlərində təqdim etdiyi ,öz dövründə hələ kəşf edilməmiş  tibbi ekspertə əsaslanan analizlərinin olması məni təəccübləndirdi. Doğrusu  Conatan Svift, Jül Vern kimi macəra janrindaki əsərləriylə dövrünü qabaqladiğini  ve bir neçə elmə aid elmi  baxış bucaği olduğunu əsərlərində istifadə edildiyini görsəm də A.C.Doyle ilk oldu. Bu soyuduğum detektiv əsərlərə yenidən qayıdışımı körüklədi deyəsən. Bu soyuqluğu sırf son zamanlarda detektiv janrinin qruplarda ön yarğıyla tənqid edilməsinə də bağlıdır. Və təbii ki, bəzi yazıçılarin açıq formada bəlli olan başqalaeinin üsullarini,hətta yazisini kopyalamasina da bağlana bilər. Amma ,Sevil xanimin bu kitabindan sonra əminəm ki,həm detektiv əsərlərə,həm də digər fikir vermədiyimiz,bilmədiyimiz digər peşə sahələrinə
Bu Ayak İzi Senin, Dr. Watson!Sevil Atasoy · Doğan Kitap · 2007143 okunma
8/10
·160 syf.··
2021 6. kitabı
·
28 saatte okudu
·
Okunma: 23 Nisan 2021 22:25
Angela Nanetti-Dedem bir kiraz ağacı( Babam gilas ağacı) İtalyan uşaq ədəbiyyatı. Müəllif "Çocukluk dünyası" kitabiyla Hans Kristian Andersen mükafatınin sahibidir. "Dedem bir kiraz ağacı"kitabi isə Chronos mükafatını qazanıb və 2015ci ildə isə qısa metrajlı filmi çəkilir eyni adla. Italyan ədəbiyyatının çox şirin dili var. Uşaq ədəbiyyatıdirsa,ümumiyyətlə ləzzət verir. Məni taaa ,uşaqlığıma, mamagilin kəndinə qaytardı. Kitabdan bircə baş qəhrəman Toninonun adı yadımdadır. Hekayə də onun dilindən anladılır. Toninonun Ana nənəsinin ölümünü,babasının xanımına olann sevgisini ifadesi duyğu doluydu. Toninonun babasına görə insanlar ölmür, onların ruhları bir şeydə həyatlarını davam etdirir. Nənə də ördəkdə davam edirdi. Baba ördəyə xaniminin qulluq etdiyi kimi baxır, onun xiffətini çəkirdi. Sonradan Tonino da Babasının ruhunun ağacda davam etdiyini düşünəcəkdi. Tonino ata tərəfi çox da sevmirdi diyəsən. Onlarla çox soyuq münasibəti vardı,elə onların da Toninoyla.Lap bizim mentalitetdəki kimi. Ana-ata ilə ata babasiyla nənəsinin münasibəti uşaqda qəribə hisslər buraxirdi, ata babasi və nənəsinin vecsizliyi, bəzən qəflətən onlarin Toninonun ata-anasiyla yaşadiqlari mübahisədən travma yaşadığını da hiss etmək olardi. Uşaq ədəbiyyatı yazanda gərək öz içindəki uşağı da yaşamağı ,xatırlamağı,o ana qayıtmağı, zamanda səyahəti,özünü uşaq etməyi bacarasan ki, yazilan da insana yaşatsın onu. Tonino tətillərdə babasıyla kənddə qalır, Gilas ağacına çixmaği babasindan öyrənirdi. Hələ baba o yumurtanı şəkərlə qarışdırib,krem edirdi...nənəmgilin diliylə "gogli-moqli"-sini andırdı. Babayla nəvə arsında olan o istilik, o ušaqlıq eyni nənəmlə mən idim sanki. Baba çox çılğın,inadcı idi. Qoca yaşında bələdiyyəyə etiraz kimi ağaca çixmaqdan da çəkinmirdi. Sonra Tonino doğrudan da
Dedem Bir Kiraz AğacıAngela Nanetti · Günışığı Kitaplığı · 20111,267 okunma