Evlenmeden Önce-Doğan Cuceloglu
Bu cür pasiyentinə, oxucusuna , millətinə insan kimi yanaşan psixoloqlar çox nadir tapıntıdır və təəssüf ki, artıq aramizda yoxdur. Nurlar içində yatsın!
Cəmiyyətini dəqiqliklə analiz edib və münasibətlər haqqında fikrini obyektiv yöndən, həm də oxuculardan gələn məktublarla ifadə edib. Nəzərə alsaq ki , türklərlə eyni mədəniyyəti, dəyərləri daşıyırıq, o zaman bu analiz bizə də aiddir.
Kitabı evliklik haqqinda fikirləri daha yaxsi analiz etmək məqsədiylə oxusanız da, adi iş yoldaşı, dost-tanışla münasibətlərdə belə yaşadığımız problemləri çözməkdə yardımcı olacaq kitabdı.
Çünki cəmiyyətimizdə yaşadığımız problem əsas dinləmə qabiliyyətinin sıfır olması və empatiya əskikliyindən qaynaqlanır.
Evli və ya subay fərd olaraq nə qədər özümüzün, sonra isə qarşındakının fərqindəyik, bu cəmiyyətimiz və dövlətimiz, ayaqda qalmağimiz üçün çox önəmlidir.
Bunun fərqində olan iki əks cins fərdi ailədə, məktəbdə nə qədər fərq yaradardı.
Doğan bəy öncə sosial kimliyimizi iki cür təqdim edir:
Üz və Can.
Üz ,mentalitetin, toplumun gözə görünməz cəmiyyət qaydalarina əsasən yaşanilan kimlikdir.
Can isə insanın içindən əsas kimliyidir, uşaqdır, fərddir. Doğan bəyə görə əgər Can həyatımızı idarə etmirsə biz o zaman həyatda sadəcə saģ cıxmağa çalışırıq. Əgər Can əsas olsa , o zaman biz həyatí doya-doya yaşaya bilərik. Bu iki sosial kimlikdən hansının üzə çıxması isə mövcud iki mədəniyyətdən asılıdır: Sınama(Denetim) yönümlü(odaklı) Qorxu mədəniyyəti və İnkişaf etdirici (Geliştirci odaklı) yönümlü Dəyərlər mədəniyyəti.
Qorxu mədəniyyətində kimliyinin fərqində deyilsən və ya öyrəşdiyin, yeridilmiş mental dəyərli komfort zonadan çıxmaq olmur və dolayisi ilə inkişaf da yoxdur.
Dəyərlər mədəniyyətində isə ailə içərisində bir-birinin dəyərinə hörmət var,