Sabina

Reklam
"İncimə"
Eşidəndə dəyişmişəm dünyamı, Çiçəklər də haray salsa, incimə, Demirdinmi: "Alacaqsan canımı" Ruhum getsə,canım qalsa, incimə. Heç bildinmi, sənnən nələr çəkdi can? Dərdlərinnən bildin necə çökdü can? Bir dənəydi, elə bildin çoxdu can? Vicdanında qanım qalsa, incimə. İstəməzdim ömrüm solan bağ olsun, Mənsizliyin bir dözülməz dağ olsun, Qoymadın ki, bircəciyi ağ olsun Günlər sənə qənim qalsa, incimə. Yurdum-yuvam oldu hara?-Bilməzsən, Ürəyimi bir də qıra bilməzsən, Məzarıma yaxın dura bilməzsən Məni cahan yola salsa, incimə. Kar qəlbini daha necə səsləyim? Sevgidənsə bəlkə nifrət bəsləyim? Daş ürəklim, can çürüdən tərsliyin, Məni sənnən vaxtsız alsa, incimə... Vahid Əziz
Şiir
Qarşısından balaca bir oğlanın əlindən tutub arxasınca güclə, az qala sürüyərək aparan qadın keçirdi: - Sənə demişəm ki, açacağam - ana ayaqlarını yerə dirəmiş balacanı yorğun bir biganəliklə arxasınca dartırdı. - Eee, elə həmişə belə deyirsən, uşaq doluxsunmuş halda dəfələrlə eşitdiyi sözlərə etiraz etdi. "Yalan vədlər, xəyanətlər, puç olacaq ümidlərlə dolu bir dünya! - Villi başını aşağı salıb fikirli halda pıçıldadı, - hərənin özünə uyğun istəkləri var.Bu uşağın da, hətta övladını arxasınca sürüyən bu ananın da... Onu da əlindən dartaraq öz istəklərinə çatmağa qoymayan bir qüvvə var: tale. Ana övladının əlindən çəkir, tale də ananın. Heç kəs öz arzusuna, istəklərinə çata bilmir. Biz insanlar bədənlərimizlə böyüyürük, qəlblərimiz isə inkişafdan qalıb. Xoşuna gəldiyini heç nəyə baxmadan israrla, ayağını yerə dirəyərək istəyən balaca uşaq kimiyik. İnadla, inadla istəyirik ki, həyatda hər şey məhz biz istəyən kimi olsun. Həyat istədiyimizi bizə verməyəndə də təşvişə düşürük, gözlərimiz yaşla dolur, özümüzə yer tapa bilmirik. Hər xırda istəyimiz bizim üçün böyükdür. Qəribə də burasıdır ki, bəzən istədiyimizi əldə edəndən sonra əvvəlki marağımız tamamilə itir və onları lazımsız bir əşya kimi kənara tullayırıq. Elə bil dünənə kimi bunun uğrunda mübarizə aparan biz deyildik. Gəl indi özünü başa düş! Bu Şəhərdə Kimsə Yoxdur Rövşen Abdullaoğlu
Hikayeden Hayata...