Sabina

10/10
·224 syf.··
Beğendi
·
2023 43. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Mayıs 2023 13:33
Ağ zambaqlar ölkəsi - 1923 cü ildə Grigory Petrov tərəfindən Finlandiyaya müxtəlif vaxtlarda etdiyi səfərləri əks etdirən bir kitab. İlk dəfə 1923 cü ildə Sarayevo şəhərində nəşr olunub. Kitab Yohan Vilhelm Snelmanən öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. Əsərdə Finlandiyanın uzun müddətli müstəmləkdən sonrakı vəziyyəti haqqında danışılır. Finlandiya mədəniyyəti, təhsil sistemi, idarəetmənin sistemi və s. haqqında geniş məlumat verilir. Türk dilinə tərcümə olunan kitab Mustafa Kamal Atatürkün göstərişi ilə Türkiyədəki hərbi məktəblərdə tədris olunmağa başlayır . Kitab Azərbaycan dilinə isə ilk dəfə 2016 cı ildə Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyət nəticəsində tərcümə olunmuşdur. Kitab XX əsrin əvvəllərində yazılıb, müxtəlif dillərə tərcümə olunub, hər kateqoriyadan olan milyonlarla insan tərəfindən oxuyub və hələ də oxumamağa davam edir. Lakin kitabda çatdırılmaq istənən fikirlər bizə nə dərəcədə aydındır bu sual altındadı. Məsələn: Finlandiya təhsil sistemi özəl məktəbləri açılmasına,universitetlər və məktəblər arasında rəqabətə qarşıdır, lakin bu gün bizdə sayı günü gündən artan özəl məktəb və universitetlər fəaliyyət göstərir. Və həmin məktəblər öz aralarında hər baxımdan rəqabət aparır.( Böyük əksəriyyətində isə bu rəqabət daha yaxşı təhsil verilməsi istiqamətində deyil). Finlandiya təhsili hər kəs üçün əlçatan olmasına çalışır, bizdə isə gündən günə təhsil bahalaşır. Təhsil maarifləndirmə yox da biznes, qazanc, xüsusi bir gəlir gətirən fəaliyyət sahəsinə çevrilib.. Kitabda finli uşaqların 16 yaşa qədər heç bir imtahanda iştirak etmədiyi deyilir. Amma bizdə az qalırlar bağçaya belə imtahanla götürsünlər.)) Məktəblər uşaqların bilikləri kortəbii öyrənməsinə qarşı çıxmalıdır
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Ephesus Yayınları · 2020124,7bin okunma
Reklam
10/10
·448 syf.··
Beğendi
·
2023 37. kitabı
·
8 günde okudu
·
Okunma: 07 Mayıs 2023 00:39
Deyirlər həyat bir imtahandı. Doğrudur, əlbəttə,amma deyəsən həyat bu imtahanda bəzilərinin suallarını daha çətin edir. Eynən Fəridə kimi. Körpə yaşda anasını, sonra atasını itirən Fəridə bütün bunlara baxmayaraq yenə də həyatdan zövq almağı çalışırdı. Fəridə hər dəfə özünü toparlayıb yaşamağa çalışdıqca həyat onun qarşısına daha çətin suallar qoydu. Kitabı oxuyanda nə hislər keçirdim heç özüm də bilmirəm. Yer yer gözlərim doldu. Bəzən əsəbləşdim. Bəzən təəssüfləndim. Bəzən də Fəridənin çılğınlıqlarına, ərköyünlüklərinə güldüm. Romanda İstanbullu qız Fəridənin həyatı öz dilindən gündəlik olaraq yazılıb. Fəridə adlı həyat dolu bu qız nişanlısının xəyanətindən sonra İstanbulu tərk edir. Fransız dili müəllimliyi təhsili olan gənc Fəridə Kamrandan uzaq olmaq üçün ən uzaq yerlərə belə getməyə razı olur. Gənc yaşda müəllimlik fəaliyyətinə başlayır. Fərqli fərqli yerlərdə müəllimlik edir. Və hər yerdə başına fərqli fərqli hadisələr gəlir. Bunların hamısını da öz gündəliyində qeyd edir. Kitabı qısa olaraq elə Fəridənin öz dilindən deyilən bu fikirlə ümumiləşdirmək olar: Hangi ümide sarılsam elimde kalıyor, neyi seversem ölüyor. İşte üç sene evvel bir sonbahar akşamıyla beraber ölen genç kızlık rüyalarım, kendi küçüklerim, sonra Munise, onun arkasından belki kalbimin öksüzlüğünü avuturlar diye ümit ettiğim talebelerim. Yavrularını tehlikede gören bir ana kuş hır-çmhğıyla üstlerine titrediğim bu şeyler, sonbahar yaprakları gibi birer birer sararıyor, dökülüyor. Daha yirmi üç yaşıma girmedim; yüzümden, vücudumdan çocukluğun izleri silinmedi; halbuki gönlüm, baştan başa bütün sevdiklerimin ölüleriyle dolu.
ÇalıkuşuReşat Nuri Güntekin · İnkılap Yayınları · 1999123,3bin okunma
10/10
·420 syf.··
Beğendi
·
2023 10. kitabı
·
7 günde okudu
·
Okunma: 03 Mart 2023 01:09
İran əsilli yazıçı, psixoloq və sosioloq, Pərinuş Sənii ölkədə baş verən İslam inqilabından sonra hökümət əleyhinə yazdığı tənqidi məqalə və əsərləri ilə ölkə içində habelə onun xaricində tanınmağa müvəffəq olan fəallardan biri hesab edilir. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man) avtobioqrafik romanıdır. Əsər 2013-cu ildə Sara Xəlili tərəfindən ingilis dilinə "The book of fate" adı ilə tərcümə edilmişdir. 26 Dilə tərcümə olunan əsər həmçinin "World Literature Today" tərəfindən 2013 -cü ildə "ilin ən dəyərli 75 tərcüməsi" siyahısında yer almışdır. Əsərin italyan dilinə olan tərcüməsi 2010-cu ildə məşhur "Covanni Bokkaçço" mükafatına layiq görulmuşdur. Kitab 2 dəfə İranda qadağan olunub. Mənim payım - "Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb." Bəli,Məsumənin də dediyi kimi deyəsən onun həyatda heç vaxt öz payı olmadı. O öz payından ya imtina etməli oldu, ya da öz payını gah atasına,gah ərinə gah da uşaqlarına qurban verdi. Qadın olmaq çətindir. Amma bəzi yerlər var ki,daha çətindir. Çünki burada əks cinsdən əlavə öz həmcinslərinlə belə mübarizə aparmalı olursan. Öz anası ilə mübarizə aparmalı olan Məsumə kimi..Necə deyərlər qadının düşməni də elə qadındır. Qadın olmaq bəzən nələrisə özündən fəda etməkdir. Məsumə kimi.. Məsumə zəhmətkeş,fədakar və güclü qadın idi. Məsumə həm də yaxşı ana idi. Demək olar ki Məsumə uşaqlarını tək böyütdü. Hətta deyərdim ki,Həmid onlara zülüm, əziyyət,qaranlıq bir keçmişdən başqa heç nə qoymadı. Əsər 16 yaşlı Məsumənin həyatından bəhs edir. Məsumə Qum şəhərindən anadan olur,sonra ailəsi ilə Tehrana gəlir. Burada qardaşlarının qarşı çıxmasına baxmayaq təhsil almaq istəyir. Tehranda təhsil
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,407 okunma