Deyirsən yanında qalacağam mən,
Nə gözəl fikirdir , qal sənə qurban!
Nə zaman istəsən əziz canımı ,
Qumral gözlərinlə al sənə qurban!
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur qolları bağlı .
Gəl çəkmə sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban .