Sabina

Biz övladlarımız onlardan daha ağıllı olan maşınlarla rəqabət aparmağı öyrədə bilmərik. Biz övladlarımıza onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik,yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq.
Reklam
"Dəlidir"
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir, Eşq olan yerdə bütün aqilü-dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zindanə Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir. Eşq zəncirinin iftadəsi bir mən deyiləm, Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir. Sarılır çiyninə, gah boynuna, gah qamətinə, Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir. Bir vəfasız gül üçün naləsi dünyanı tutub, Aşiqin qəlbi kimi bülbüli şeyda dəlidir. Bircə Şirin iə Fərhadə məzəmmət yoxdur, Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir. Əl götürməz bu qara gözlülərin zülfündən, Hər yetən zənn eləyər Vahidi guya dəlidir.
Əliağa Vahid
Əliağa Vahid
Türkçülük təbliğatının gerçək önəmini anlamağınız üçün sizə bir türk paşasının türk əsgərinə onun müsəlman deyil, türk olduğunu necə çətinliklə başa salması haqqında əhvalatı danışacağam. - Sən hansı millətdənsən, Mehmet? - deyə paşa bir dəfə yanındakı əsgərdən soruşur. Mehmetcik cavab verir: - Allaha şükür, müsəlmanam! İslam dindir, mən isə səndən hansı millətə mənsub . olduğunu soruşuram. - Mən müsəlmanam, - deya əsgər təkrar edir. Paşa izah etməyə başlayır ki, millət dinə görə deyil, dil ilə təyin olunur və Mehmetin dili türk dili olduğu üçün, onunmilliyyəti də türkdür. Mehmetcik çaşıb qalır - Bəli, Mehmetcik, təəccüblənmə, sən də mənim kimi bir türksən. - Allah eləməsin, bu necə ola bilər ki, mənim paşam türk olsun!.. deya mehmetcik məyis şəkildə cavab verir. Hələ 20 il əvvəl Rusiyadakı bir çox yetərincə ziyalı "müsəlmanlar" da belə acı durumda idilər. Ancaq indi, "panturanizm"in sayəsində, həm Sovet Rusiyasındakı müsəlmanlar, həm də "osmanlılar" özlərini eyni cür türk adlandırırlar.
Panturanizm haqqında, Qafqaz problemi ilə əlaqədar
Panturanizm haqqında, Qafqaz problemi ilə əlaqədar

Reader Follow Recommendations

See All
Unutmaq istərəm.!
Unutmaq istərəm!.. Özüm özümdən, Bir daha ayrılıb haçalanmayım. Gecələr yatıram bir fikirlə mən: Səni düşünməyim,səni anmayım!.. Bu elə qayğı ki, bu elə qəm ki, Azdırar yüz illik yolundan səni. Səhər də,axşam da düşünürəm ki, Gərək düşünməyim heç zaman səni. Unudar fikirdə,xəyal da,təkcə Unutmaz ürəkdə sevən-sevəni. Mən özüm-özümə unut dedikcə, Özümü unudub tapiram səni... “Unudum. -deyirəm,ancaq nə fayda!.. Yadimdan çıxmamış düşürsən yada. Eşqimin odunu söndürə bilmir, Qəzəbim sel kimi aşıb daşsa da.
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
Kitabsever

Kitabsever

@kitab_meleyi
·
14 July 2023 12:25
Aşk
O korkar, ben onu kollarımda tutar, "Korkma yanındayım," diye fısıldardım.
Sayfa 36 - PdfKitabı okudu
Reklam
Behcətabad Xatirəsi
Ulduz sayaraq gözləmişəm hər gecə yarı Gec gəlmədədir yar, yenə olmuş gecə yarı Gözlər asılı, yox nə qaraltı, nə də bir səs Batmış qulağım, gör nə düşürməktədi darı Bir quş, ayığan, söyləyərək gahdan iyildər Gahdan onu da yel diyə lay-lay huş aparı Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən Məndən aşağı kimsə yox, ondan da yuxarı Qorxum budu yar
Olar səni qucaqlayım?
Gedirsən, məni də apar! Gəlim saçını darayım. Bir də nə vaxt əlim çatar? Olar Səni qucaqlayım? Oturum Səninlə bir az, Gələcəyi varaqlayım. Fonda bir bayatı-şiraz,
Gözəlim, tutma bərabər məni pervanə ilə; O əgər şəmə yanır, men ruxi-cananə ilə. Qorxuram, el düşüb ardınca ola heyranın, Ehtiyat ilə dağıt zülfün üzə şanə ilə. Bundan artıq qəmi-hicranına tabım yoxdur, Ölərəm, bir də görəm gər səni biganə ilə. Bu qədər göz görə zülfündə əsir olmazdım Mümkün olsaydı bacarmaq dili-divanə ile.
Əliağa Vahid
Əliağa Vahid
Qəmim başdan-başa məni yandırdı. Dərd içrə şam kimi alovlandırdı. Ağlamaq,sızlamaq bilməzdim, ey dost, Bunu da həsrətin mənə qandırdı
Xaqani Şirvani
Xaqani Şirvani
Ays

Ays

@B_Ays
·
23 December 2022 21:44
Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür.
Sayfa 3
Reklam
Mən sevim, sən sevmə, qoy belə olsun. Sənə sev deməyə nə cürətim var? Ürək özünündür özün bilərsən! Mənimsə əhdimə sədaqətim var. Mən tək sevən hanı səni dünyada? Başımdan çıxmayır mənim bu sevda, Ölsəm də açmaram sirrimi yada, Səndən yar, sənə yar şikayətim var. Yaxşı tanımırsan məni hələ sən, Yar, saldın aşiqi dildən dilə sən. Neyləyim mən belə, sən də eləsən, Sənə yar, səndən yar, şikayətim var..
youtu.be/fF8qCU0-BqU Çöldə çiçək oldum, çəməndə naxış Şimşəkdə od oldum, buludda yağış Sirrli bir göz gördüm, nurlu bir baxış Çevrildim çeşməyə, qarışdım çaya Səni sevmək üçün gəldim dünyaya Mən min il əvvəl də gələ bilərdim Min ildən sonra da ölə bilərdim Zamanı başqa cür hesablayardım Vaxtı başqa cürə bölə bilərdim Düşüb sən doğulan həftəyə, aya Səni sevmək üçün gəldim dünyaya Səsini eşitdim, səsdən səs aldım Şaqraq gülüşündən güc, həvəs aldım Sən nəfəsim oldun, mən nəfəs aldım Muştuluq verdilər Günəşə, Aya Sən sevmək üçün gəldim dünyaya Neçə dinsizləri dinə gətirdim Qorudum sünbülü, dənə gətirdim Könlümdə nə varsa sənə gətirdim Mənim yollarımı kəsə bilmədi Nə sərhəd, nə dəniz, nə daş, nə qaya Səni sevmək üçün gəldim dünyaya.
Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan. Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Fuzuli
Fuzuli
151 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.