Səbinə Bağırova

Səbinə Bağırova
@Sabina_Baghirova
Siz onlara yaşamı veriyorsunuz, onlar size ölümü. - Goriot baba
10/10
·314 syf.··
Beğendi
·
2021 29. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Mayıs 2021 17:53
Balzakla ilk tanışlığım məsləhətlə oxuduğum bu kitabla başladı və yaxşı ki, oxudum dediyim kitablar sırasına daxil oldu. İl başlayandan bu yana bitirdikdən sonra məni həyatı sorğulamağa məcbur edən, sözlə ifadə edilə bilməyəcək hislər yaşadan və bitirdikdən sonra qəribə bir boşluq yaradan kitablardan biri daha.. (Digərləri Martin İden , İvan İliçin Ölümü vs) Mövzusuna gəldikdə isə əsər müxtəlif obrazların xarakterləri, qarşılıqlı münasibətləri  ( hansı ki, bu insanlar kimi azı bir nəfər tanıyırıq) əks olunub. Baş obraz Qorio ata qızlarını çox sevən, ömrü boyu onların hər nazına qatlanmış, istədikləri hər şeyi əldə etsinlər deyə çox çalışmış biridir. Təbii ki, bir atanın övladlarını sevməsi qədər təbii və gözəl bir şey yoxdur. Amma o son səhnədə "kaş çox deyil də, kifayət qədər sevərdin Qorio ata" dedim. Nizami Gəncəvinin dediyi kimi "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verər o da." İstər maddi, istər mənəvi hər şeyin qədərində olması şərtdir məncə. İnsanlara verdiyimiz dəyər, sevgi, etdiyimiz fədakarlıqlar da bir yerə qədər olmalıdır və fikrimcə həddən artıq dəyər insanın özünü dəyərsizləşdirir. Mən də kitabı hər kəsə tövsiyə edirəm..Xoş mütaliələr..
Edebiyat
Goriot BabaHonore de Balzac · Can Yayınları · 201718,6bin okunma
Reklam
9/10
·304 syf.··
Beğendi
·
2021 24. kitabı
·
8 günde okudu
·
Okunma: 05 Mayıs 2021 23:40
"Qorxunun, cəsarətin və qorxaqlığın misilsiz hekayəti" - Independent Albert Kamyunun oxuduğum ilk kitabıdır. Bəyəndim və digər kitablarını da oxumağı düşünürəm. 1947-ci ildə nəşr olunmuş bu kitab Kamyuya şöhrət gətirən  kitablardan biridir. Ümumilikdə mövzu əhali arasında Taun xəstəliyinin  yayılması nəticəsində şəhər qapılarının bağlanması, əhalinin karantinə alınması, profilaktik tədbirlərin aparılması,  əhalinin gərginliyi, mübarizəsi və bu kimi hadisələrdən ibarətdir. Yəni bir sözlə hazırki vəziyyətimizi əks etdirir. Hadisələr 194..cı ildə Oran şəhərində baş verir. Həmin tarixə baxsaq (1940-cı il-iyun) bu tarixdə Faşistlərin Fransanı işğal etdiyini, burada Vişi hakimiyyətini (kukla dövlət) qurduğunu görərik və məhz yazıçı da sətiraltı şəkildə bunu oxuculara çatdırıb. Tauna qarşı görülən tədbirlər və mübarizə də faşistlərin işğalına və qurduğu hakimiyyətə qarşı həyata keçirilən Müqavimət hərəkatını əks etdirir. Digər tərəfdən yazıçı insanların sevgi, qorxu, vicdani hislərini çox gözəl qələmə alıb. Bundan əlavə din və ateizm məsələlərinə də toxunub. Oxumağınız tövsiyə olunur. Xoş Mütaliələr
Edebiyat
TaunAlbert Camus · Qanun Nəşriyyatı · 201624,6bin okunma
9/10
·330 syf.··
Beğendi
·
2021 9. kitabı
·
15 günde okudu
·
Okunma: 23 Mart 2021 20:56
İnsanların duyguları olmasaydı her şey ne kadar kolaylaşırdı. Zülfü Livanelinin oxuduğum 3-cü və mənə ən çox təsir edən kitabıdır. Hadisələr bir cinayətlə başlayır. İstanbuldan bu cinayəti araşdırmaq üçün gələn jurnalist qız Ahmet ilə tanış olur. Kitabda bir ara hadisələr çox uzadılır amma bir yerdən sonra ard-arda sıralanır və birnəfəsə oxumağa davam edirsən. Livaneli yenə sevgini, ağrını, acını iç-içə qələmə alıb. Ən əsası da kitab heç gözlənilməyən, təəccüblü sonluqla bitir. Kitabın üz qabığındakı şəkil məhşur rəssam René Magritteyə aiddir və çox təsirli bir tarixçəsi var. Kitabı bitirdikdən sonra bu haqda araşdırmağınızı tövsiyə edirəm. Xoş mütaliələr...
Kardeşimin HikayesiZülfü Livaneli · Doğan Kitap · 2019126,6bin okunma
5/10
·112 syf.··
2021 8. kitabı
·
4 saatte okudu
·
Okunma: 08 Mart 2021 19:53
Zülfü Livanelinin oxuduğum 2-ci kitabıdır. Roman deyil. Həvəslə başlasam da kitab məni başdan sona çox darıxdırdı. Kitab haqqında araşdırdım və öyrəndim ki, Zülfü Livanelinin "Konstantiniyye oteli" kitabından bir hissə imiş. Keçək mövzusuna... Heç kimin görmədiyi, səslərini eşitmədiyi kölgələr...Söhbət edirlər, şeir deyirlər, rəqs edirlər, bəziləri sadəcə dinləyir. O kölgələr Fateh Sultan Mehmet, Səbahəddin Əli, Mustafa Kamal Atatürk, Xalidə Edip Adıvar, Rəşad Nuri Güntəkin, Nazim Hikmət, Cemal Süreya,Yəhya Kamal, Orxan Kamal, Kamal Tahir, Oraan Vəli, Ülkü Tamer, Ece Ayxan, Attila İlhan və Yaşar Kamaldır.
GölgelerZülfü Livaneli · Doğan Kitap Yayınları · 20185,2bin okunma
10/10
·126 syf.··
2021 5. kitabı
·
8 saatte okudu
·
Okunma: 02 Mart 2021 18:12
Əsər 1937-ci ildə çap olunub və deyilənə görə əsərin original variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. Yazıçının oxuduğum ilk əsəridir və çox bəyəndim. Steynbek müsahibələrindən birində bu əsərdəki obrazlar haqqında danışmış və özünün də bir vaxtlar əməkdar miqrant olduğunu, əsərdəki işçi obrazları bütün insanların qarışığı ilə ortaya çıxdığını demişdi. Lenninin real biri olduğunu, hal-hazırda da Kaliforniyada bir ruhi xəstəxanada olduğunu da əlavə etmişdi. Keçək əsərə..Mövzu əsasən insan münasibətləri, arzu, sevgi, dostluq üzərində qurulub. Bir-biri ilə tamamilə fərqlənən iki dost Corc və Lenni. İşlədikləri hər yerdən Lenninin səhvlərinə görə qovulurlar. Yeni işlərində Lenni bu dəfə daha böyük səhvə yol verir amma bu dəfəki səhv qovulmaqdan daha pis bir şeylə nəticələnir. Lenninlə Corcun qurduğu xəyalların gerçəkləşməməsi həqiqətən insanda qəribə təsir qoyur. Oxumağınız tövsiyə olunur :) Xoş mütaliələr...
İnsan ve Duygular
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,7bin okunma
Reklam