Mən özümü tanıyıram, lakin nə qədər çalışsam da, yenə də özümü tanımıram. Eləcə də mən öz yaxınımı tanıyıram, amma yenə də onu tanımamış sayılıram, çünki nə o nə də mən əşya deyilik. Özümüzün və ya yaxınımızın varlığının dərinliklərinə daxil olduqca, idrakımızın məqsədi bizim üçün daha da uzaqlaşmağa başlayır. Nəticədə biz insan ruhunun sirrini öyrənməkdən, insan varlığını dərk etmək marağından vaz keçə bilmirik.