Carpe diem

Üç mərasimində yüksək rütbəli zabitlərdən biri qəfil biz oturan tərəfə çevrildi. -Polad ölməyib! -Bəlkə, doğrudan da, ölməyib. Aprel döyüşlərdən çıxmışdı axı! -Ölməyib o! Dəqiq sözümdür! Onu Allah öz yanına köməyə aparıb!
Tarih
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Polad Həşimov insanların bir-birinə verdiyi " haralısan?" sualını sevmirdi. Onun dilinin əzbəri olan bir söz vardı: "Elin o başı, bu başı olmaz. Vətənimin hər yeri mənimdir, mənə doğmadır və əzizdir.
Tarih
Yaxşı insanlar dünyadan köçəndə adam özünü haqsızlığa düçar olmuş kimi hiss edir. Aybəniz Həşimova (Polad Həşimovun qızı)
Tarih
Onun ruhunda azadlıq vardı, haqsız qərarlara tabe olmağı sevmirdi. Sizə tam səmimi deyirəm: onun ölümü ilə bu vətən, bu ordu çox şey itirdi. Vətənpərvər hərbçilər xidmətə gedəndə kəfənini boynuna alıb gedirlər. Amma şəhid olsa da, qardaş itirmək bacı üçün həmişə ağırdır. Kəmalə Həşimova (Polad Həşimovun bacısı)
Tarih
Bir general təsəvvür edin. Rütbəsini döyüşlərdə göstərdiyi rəşadətlə artıran. Evini yox, səngərini üstün tutan. Kirayədə yaşayan general.. Xidməti maşınını ancaq iş üçün istifadə edən, şəxsi qayğılarının ardınca metro ilə gedən general. Kredit götürüb, maşınını satıb post düzəltdirən, kazarma tikdirən, öz cibindən əsgərlərinə bayram sovqatı aparan general. "Yastığı Vətən daşı, yorğanı qar olan" general. Əsgərlərindən arxada yox, irəlidə olan general. Qərargahda oturub əmr vermək əvəzinə əsgərlərlə bir döyüşən, onlarla bir qan töküb can verən general. O general ki, heç vaxt unutmayacağıq. O general ki, heç vaxt yeri dolmayacaq. O general ki, itkisi bizi həmişə yandıracaq. O general ki, sağlıgında tanımadığımıza görə həmişə peşmanlıq duyacağıq. O general ki, qoruya bilməməyimizin yanğısını ürəyimizdə gəzdirəcəyik. (Cavid Qədir- jurnalist, yazıçı) General Polad Həşimov xatirələrdə
Tarih