Psixoloji olaraq həqiqətən çox ağır bir əsərdir. Qaldıra bilmiyənlər lütfən oxumasınlar. (Özəlliklə qadınlar) İnsanoğlunun necə şeytandan da aşağı səviyyədə bir məxluqa çevrilə biləcəyini göstərən örnəklərlə doludur. Müharibə dövründə bir qızın həyatından, əsir düşməyindən, başına gətirilən iyrənc işgəncələrdən və əsirlikdən qurtulduqdan sonra psixoloji zehni olaraq travmaları atlada bilməməkdən bəhs edir. Müharibə.. heç kimə lazım deyil. Sadə insanlar sadəcə həyatlarını yaşamaq istəyirlər. İnsanlar ayılmalıdırlar. Daima oxumalı, daim öyrənməli daima özlərini inkişaf etdirməlidirlər. Yalnız bunlardan sonra bu dünyanı cənnətə çevirmək olar. Başqa sözüm yoxdur.. Xoş mütaliələr.
Cek Londondan bir şahəsər. Kitab uzun olsa da axıcı şəkildə maraqla oxunur. Bəyəndim. Əsərdə Sant Quentin həbsxanasında edam cəzasına məhkum olunmuş professor olan bir məhbusun dilindən yazılıb. Maraqlıdır Cek Londonun dostu bu həbsxanada 5 il yatıb. Kitabda həbsxana həyatının iyrənclikləri, məhbuslarla necə zalımca davranmaqlarından bəhs olunur. "Dəli köynəyi"nin içində 1 saat keçirdiyinizi düşünün. İndi bu müddəti 240 saata uzadın. İnanılmazdır elə deyilmi?! Daren Standing ürəyi partlayıb ölməsin deyə bəzi zehni fəndlər işlədir. Və orda olan 2 məhbus dostu ilə divara vuraraq şifrəli bir dil yaradıb söhbət edirlər, ara sıra şahmat oynuyurlar)) və ən maraqlısı şüurunu bədənindən ayıraraq, astral səyahətə çıxır, keçmiş yaşamlarına qayıdır (təbiiki buna inanmıram)) gah misirdə bir qul olur, gah koreyada bir kral, gah sevdiyi uğrunda döyüşən bir muşketyor, gah adada 8 il tək başına yaşayan dənizçi olur gah missurili balaca bir uşaq)) əsərdə insan iradəsinin nə dərəcə güclü olduğu qabardırılır. Əslində qabardılmıyıb, əksinə az belə deyilib.
Qısacası bu əsəri çalışın mütləq oxuyasınız.
Yıldız GezginiJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202510,3bin okunma
🙄🙄🙄🙄🙄 Allah bu kitabın yazarına səbr,güc, qüvvət versin. Hidayətə ərdirsin. Oxuduğum ən boş və mənasız kitab. Vaxtınızı itirməyə dəyməz. Başqa da sözüm yoxdur.
Noyabrın VidasıZeynəb Seyidzadə · Qanun Nəşriyyatı · 201815 okunma
Uzun zamandır belə maraqlı kitab oxumamışdım. Allah bu kitabı yazıb ərsəyə gətirənlərdən razı olsun. Çox sirlər öyrəndim bu kitabdan. Həyatımda tətbiq etməyə başlıyacam inşallah. Allah hər şeyi sudan yaratdı. Onun ərşi su üzərindədir. Düşüncələrimizə, sözlərimizə diqqət eləməliyik. Zira bizim bədənimizin 70% dan çoxu sudur. Yəqinki qabağınıza çıxıb. Yapon alimi Massoru Emotonun suyla bağlı təcrübələri. Suya yaxşı sözlər söyləsən onun molekulyar quruluşu gözəlləşir. Pis söz isə çirkimləşdirir. Bu kitabı mütləq oxuyun dostlar. Sizə son bir tövsiyəm besmelesiz su içməyin, yemək yeməyin. Ümumiyyətlə hər işə bəsmələ ilə başlayın.
Su KanunuMustafa Kaya · Fenomen Kitaplar · 20162,184 okunma
Kitab 1994 cü ildə, çap olunub. Türkiyədə 1998 ci il, Azərbaycanda isə 2020 ci ildə. 2020 ci il !! . Niyə belə gec anlamaqda çətinlik çəkirəm. Kitabın mövzusuna gəlincə əslən bir yəhudi olan, telejurnalist Larry Kingin söhbətə necə başlamaq, həmsöhbətini necə danışdırmaq, danışdırmaq üçün hansı sualları vermək, necə maraqlı bir həmsöhbət olmaq üsullarından bəhs edilir. Şəxsi fikrimcə çox olmasa da yararlı kitabdır. Oxumağa dəyər. Əvvəli maraqlı getsədə, sonlara doğru darıxdırıcı olmağa başlayır. HR mütəxəssislərinədə yararlı bir kitab olacağını düşünürəm.