Seymur Əsədzadə

Seymur Əsədzadə
@Sam_Asadzadeh
İntellektual oyunlar oynamağı, sənədli filmlər izləməyi və musiqi dinləməyi sevirəm.
IT mütəxəssisi və həvəskar qrafik dizayner
İdarəetmədə İnformasiya Sistemləri
Gəncə
Azərbaycan, Gəncə, 12 Ekim
13 okur puanı
Aralık 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
Və heç nə qalmadı...
10/10
·160 syf.··
Beğendi
·
2023 37. kitabı
·
7 günde okudu
·
Okunma: 27 Ocak 2023 00:46
Məktəb vaxtı sinif rəhbərimiz bizi həftə sonu şəhərətrafı istirahət guşələrindən birinə aparacağını demişdi. Pul yığılmışdı, danışmışdıq, artıq uşaqlarla birgə orada necə əylənəcəyimizi də planlaşdırırdıq. Lakin sinif rəhbərimiz səhhətimlə bağlı məni apara bilməyəcəyini dedi və mən gedə bilmədim. Uşaqlar gəzintidən qayıtdıqdan sonra isə elə hey orada necə gəzdiklərindən, əyləndiklərindən, oynadıqları oyunlardan danışırdılar. Təbii ki, onlar heç biri bunu qəsdən, xətrimə dəymək üçün etmirdilər, lakin söhbətləri, müzakirələri mənə pis təsir edir, məni qıcıqlandırırdı. Belə hallar universitet zamanlarımda da bir neçə dəfə təkrarlanmışdı. Buna görə də ta o vaxtlardan kiminləsə nəsə planlaşdıranda, lakin həmin adamla həmin şeyi reallaşdırmaq alınmayanda o barədə o şəxslərin yanında deyə-gülə, türklər demiş, "ballandıra-ballandıra" danışmıram. Abel Sançes Xuakinlə birgə böyümüşdü. Uşaqlıqları, gənclikləri və yetkinlik çağları da birlikdə keçmişdi. Əslində, bəlkə o da Xuakinin qəlbindəki qərəz və qəzəbi duyurdu, sadəcə buna inanmaq istəmirdi. Daim özünü inandırmağa çalışırdı ki, dostunun ürəyində pis heç nə yoxdur. Xuakin də qəlbindəki bəd hisləri boğmaq üçün az çalışmadı, az mübarizə aparmadı. Amma nə fayda... İki xanım həyatını onun uğrunda fəda etdi. Neçə həyatı öz nifrəti ilə zəhərlədi. Bacarmadı qəzəbin kölgəsindən hüzurun günəşinə çıxmağı. Bir zərrə mərhəmət qalmışdı ona nicat verə biləcək - bircə zərrə. Onu da öz əli ilə söndürdü Abeli öldürərək. ...Çünki bəzən xoş niyyət toxumlarından da ikrah və kin çiçəkləri açır. Bilirsiniz, bu gözləri görməyən birinə rəsm əsəri hədiyyə etməyə bənzəyir. Ən böyük təsəllilər belə böyük əfsus və təəssüfdən başqa bir şey deyil.
Edebiyat
Abel SançesMiguel de Unamuno · Parlaq İmzalar · 1989107 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Oğurlanıb palto, üşüyür ədəbiyyat
9/10
·72 syf.··
2019 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 06 Haziran 2019 00:00
Bu əsəri oxuduqdan sonra uşaq vaxtı üz qapağındakı şəkil xoşuma gəldiyi üçün tez-tez oxuduğum, ancaq hər dəfəsində də kədərləndiyim, təəssüf ki, müəllifini xatırlamadığım "Toxundan ölən adam" hekayəsini xatırladım. Bir milyonçu dostları ilə əylənmək üçün ac-yalavac kafe və restoranların kandarında dolaşan bir evsizi masasına dəvət edib yedizdirir və çoxlu içki verir. Bu vaxta qədər bir tikə çörəyə sevinən adamı dayanmadan yedirdir, içirdirlər... Sonda isə o, toxundan ölür. Hər hansısa bir əşyanı - bu geyim, oyuncaq, zinət əşyası, texnika və s. ola bilər - uzun müddət istədikdən sonra onu əldə etdikdə o ən dəyərli "varlığımıza" çevrilir. Ancaq həmin şeyin miqdarı və ya ona olan istəyimiz ifrata vardıqda həmin o dəyər sanki məxrəcə düşür və surətdə olan mənliyimizi dəyərsizləşdirir. Akaki Akakiyeviç dayanmadan çalışdı ki, istədiyi yeni paltonu ala bilsin. Aldı da. Ancaq ona o qədər dəyər yüklədi ki, onu itirdikdə həyatı da alt-üst oldu. Müraciət etdiyi qapılar isə onun üzünə bağlandı. Bəs onun kabusu niyə oğruları tapmadı, "vacib şəxsiyyətin" izinə düşdü? Çünki pisliyə göz yuman da onu edənlə eynidir. Akaki paltoya o qədər dəyər yüklədi ki... Əvəzində isə özünü o qədər sıxdı, o qədər dəyərsizləşdirdi ki, yumağa döndü, kiçildi, istədiyi paltonun içərisində itib batdı. Oğurlanan palto deyildi bu hekayədə. Özümüzə verdiyimiz dəyər, qiymət, hörmət və şəxsiyyətimiz idi. Fransız yazıçısı və ədəbiyyatşünası Ejen Melxior de Voqyue dediyi kimi (çox vaxt bu sözün F.Dostoyevski tərəfindən deyildiyini sanırlar), hamımız Qoqolun Paltosundan çıxmışıq. Bəli, itirmişik paltonu, oğurlayıblar onu... Dəyərlərimiz, insanlığımız, ruhumuz kimi. #NikolayQoqol #Şinel #Palto
Edebiyat
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201746,2bin okunma
Yaxşı olar ki, bu işi mən görməyim.
8/10
·84 syf.··
2023 34. kitabı
·
25 saatte okudu
·
Okunma: 02 Ocak 2023 00:00
İnsanın ətrafı - ailəsi, qohum-əqrəbası, qonşuları, dostları, tanışları, iş yoldaşları onun həyatına bu və ya digər mənada təsir etdiyi kimi insanın vərdişləri, məşğuliyyəti, yaşadığı mühit, mikroiqlim və ən əsası - peşəsi də ona eyni dərəcə də, bəlkə də daha çox təsir edir, onun xarakterini, tempramentini, hətta xarici görünüşünü belə formalaşdırır. Anam 25 ildən çox daim səs-küy olan, ağız deyəni qulağın eşitmədiyi mühitdə - peşə məktəbində çalışıb. Onunla söhbət zamanı ucadan danışdığını, səsində bir qədər dominantlığın olduğunu söyləyirdim özünə. O da öz növbəsində bunun uzun illər səs-küyü ilə səciyyəvi olan iş mühitindən irəli gəldiyini bildirirdi. İşdən çıxanda çox kədərlənmişdi, bu onu xeyli sarsıtmışdı. Sonralar həyatında baş verən mənfiliklər də ona xeyli təsir etmişdi. Eyni ilə Bartlbidə olduğu kimi. Herman Melvil bizə Hindtoyuğunun, Kəlbətinin və Zəncəfil-Fındığın simasında əslində indi də bizdən uzaq olmayan cəmiyyətin obrazını yaradıb - daimi narazılıq, etinasızlıq, laqeydlik, qərəzli münasibət, haqsız mühakimə və s. və i.a. Olanları bizə nəql edən vəkil və mirzə Bartlbi isə bu cəmiyyətdə mənəvi cəhətdən əzilən və çarəsizliyə düçar olmuş mübtəla insanlığı təcəssüm etdirir. Vəkil peşəsinin seçilməsi isə, əbəs yerə deyil əlbəttə. Ədalət təmsilçilərinin simasında yazıçı bizə daim haqq və xeyirxahlıq tərəfdarı olan insanların da bəzən necə çarəsiz vəziyyətə düşdüyünü və bəzi şablon çərçivələrə "oturmalı" olduğunu nümayiş etdirib. Mirzə Bartlbi... Niyə o bir müddət sonra sənədlərin üzünü köçürməkdən imtina edir? Herman Melvil niyə məhz mirzə peşəsini qəhrəmana layiq görüb? Çünki təmiz insanlar da maddi dəyərlərin fırtına qopardığı dənizdə mənəvi dəyər salında oturub qalıblar. Sağ qalmağa çalışırlar, lakin bununla belə ətrafın diktə etdiklərini
Edebiyat
Mirzə BartlbiHerman Melville · Parlaq İmzalar · 015,5bin okunma
Kəpənək effekti
8/10
·112 syf.··
2023 33. kitabı
Yeni ildəki bədii qiraət macərama Lev Tolstoydan "Saxta kupon" hekayəsi ilə başladım. Kiçik yaxşılıqlar böyük xoşbəxtliklər yaratdığı kimi kiçik və ilk baxışdan məsum görünən yalanlar da böyük bədbəxtliklər törədir. Eyni ilə xırda qığılcımın böyük yanğınlara rəvac verməsi kimi. Əslində təkcə xırda yalanın gətirəcəyi təhlükələrdən bəhs etmir bizə bu hekayə... Bütün yanlışlıqlardan üstüörtülü söz açır. Hər hansısa qeyri-düzgün hərəkətimizi kimsə üzümüzə vuranda, bizə iradını bildirəndə "təkcə mənəm bunu edən? deyərək qəbahətimizə bəraət qazandırmağa çalışırıq. Zibil atılmamalı olan yerdə zibillər görürük, bir tum qabığı, bir siqaret kötüyü, bir selofan paket, bir kağız parçası da biz atırıq yanlış olduğunu bilə-bilə. Yanğını söndürməyə çalışan arı haqqında əhvalatı eşitmisiniz yəqin ki. Hamı əlində vedrələrlə yanğını söndürməyə çalışarkən arı da ağzında bir damcı suyu aparıb alovun üstünə atır. Bacardığım budur deyir. Hər kəs bacardığı yaxşılığı etsə, gördüyü ədalətsizlikləri desə, həqiqətləri söyləsə necə də gözəl olardı... Əgər başımıza gələn nələrdənsə narazıyıqsa, deməli, hansısa daş yerində deyil, deməli, haradasa səhv var... Böyük fırtınalar bir kəpənəyin qanaq çırpması ilə başlayır. P.S. Kitabı "Parlaq İmzalar"ın nəşri ilə "Yoldaş seriyası"ndan oxudum. Tərcüməni məqbul hesab edirəm, bəyəndim. Diqqətimi çəkən məqam isə seriyada kitabın oxunma müddətinin qeyd edilməsi idi: 1 saat 8 dəqiqə. Sizlərə də tövsiyə edirəm. Oxumayanlar oxusun, oxuyanlar başqa oxumayanlara tövsiyə etsin. #LevTolstoy #SaxtaKupon #Parlaqİmzalar #YoldaşSeriyası #KəpənəkEffekti
Yeni Yıl
Saxta KuponLev Tolstoy · Parlaq İmzalar · 202222 okunma