Samiq

Puan vermedi·168 syf.··
2026 1. kitabı
·
17 günde okudu
·
Okunma: 03 Ocak 2026 04:42
Quranın 31-ci surəsinə (Loğman surəsi, 12-19-cu ayələr) adı verilən və Allah tərəfindən özünə "hikmət" bəxş edildiyi bildirilən Həkim Loğmanın nəsihətləri, əslində insanlığın mənəvi xəritəsidir. Bu kitab həyatın hər anında ehtiyac duyduğumuz hikmətlərin toplusudur. İnsan bəzən dünyaya bağlılığından görmədiyi və ya görməzdən gəldiyi həqiqətləri bu nəsihətlərlə yenidən kəşf edir. Xüsusilə ruzi qorxusunun imandan deyil, keçmişi unudan "vəhm"dən qaynaqlanması və insanın öz gücünə güvəndiyi an mənən daralması fikri olduqca dərindir. Kitab ruhu dünyəvi asılılıqlardan təmizləyib təvəkkülə yönəltmək üçün əla bir bələdçidir.
Loğmanın HikmətnaməsiMəhəmməd Reyşəhri · Nurlar Nəşriyyatı · 20121 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Ruhun dərinliklərindəki düşmənlə mübarizə.
Puan vermedi·115 syf.··
2025 4. kitabı
·
9 günde okudu
·
Okunma: 15 Aralık 2025 06:52
Ustad Əlirza Pənahiyanın "Gizli Təkəbbürdən Xilas" kitabı mənəvi səyahətimizin ən gizli və təhlükəli düşməni ilə – Təkəbbürlə – necə üzləşməyin zəruriliyini göstərən dəyərli bir bələdçidir. Rəbbimiz Qurani-Kərimdə, Əraf surəsi 13-cü ayədə təkəbbürün mənbəyini açıqlayaraq buyurur: "(Allah) buyurdu: “Oradan (cənnətdən) en! Orada təkəbbür göstərmək sənə yaraşmaz. Çıx oradan, çünki sən alçaldılmışlardansan!” (Əraf, 7/13) Ayədən də göründüyü kimi, təkəbbür məhz İblisin, yəni şeytanın xislətidir və ən bariz düşmənimiz bəzən ruhumuzun dərinliklərində gizlənə bilir. Kitab bu gizli düşmənlə "təfəkkürlə" (fikirləşməklə) üzləşməyi, onun nə qədər təhlükəli olmasını göstərir və ondan qurtulmağın yollarını, yəni Mənəvi Ucalmağın labüdlüyünü qeyd edir. Kitabın ən vacib nəticələrindən biri də Namazın bu yolda bizə necə gözəl yoldaş olduğunu göstərməsidir. Namaz, Allahın əzəmətinin qarşısında insanın öz kiçikliyini dərk etməsi ilə təkəbbürü aradan aparır. Mənə görə İman geyim kimidir; daima onu səliqəli və yeni saxlamaq üçün çalışmalıyıq. Bu cür dəyərli əsərlər bizə ruhumuzu daima ucaltmalı olduğumuzun fərqinə varmağımıza kömək edir. Lakin unutmayaq ki, bu cür kitablar və fikirlər sadəcə vasitədir, köməkçidir. Əsas məsələ qəlbimizin o kamilliyə, o İlahi Eşqə çatmaq istəyidir. Səmimi arzu və dualarla: Allah bizləri o eşqə sahib şəxslərdən qərar verməsi diləyi ilə. Xoş mütaliələr və ruhunuz daim kamilliyə doğru böyüsün!
Din
Gizli təkəbbürdən xilasElirza Penahiyan · İbrət Nəşriyyatı · 012 okunma
Namaz—Qəlbimdəki Utanc Və Həqiqi Eşqə Çağırış!
10/10
·131 syf.··
2025 3. kitabı
·
13 günde okudu
·
Okunma: 07 Aralık 2025 05:13
Bu kitabı bitirdikdən sonra mənəvi bir sarsıntı yaşadım. Ustad Elirza Penahiyan namazın sadəcə gündəlik bir borc yox, insanın bütün mənəvi və həyati problemlərinin kökündə duran əsas məsələ olduğunu o qədər aydın şəkildə izah etdi ki, namazlarıma indiyə qədər necə səhlənkar yanaşdığımı dərk etdim. Əslində hər bir azan fərdi olaraq məhz mənim üçün edilən bir çağırışdır. Sanki Allah: "Ey bəndəm, bu dünya işlərini burax, yanıma gəl!" deyə səslənir. Bu qədər mehriban və Qüdrətli olan Varlığın çağırışına səssiz qalmaq, dünya işlərini Onun çağırışından üstün tutmaq nə qədər utandırıcı bir hal imiş. Axı Allah Qiyamətdə belə günahlarımızı pərdələyəcəyini vəd edir: "Mən bəndələrimə səndən də mehribanam!" Bu qədər sevilən bir bəndənin biganəliyi ağrı verir. Məhəbbət Hardadır? Kitabda öyrəndiyim ən böyük həqiqət isə budur: Namaz bizim nəfsi istəklərimizin tərbiyəsində əsasdır. Namazın ən mühüm xeyri, insanın təkəbbürünü aradan aparmasıdır. Çünki namazın təkrar olunan hər bir hərəkəti bizə daim Allahın əzəmətini və insanın kiçikliyini xatırladır. Problem odur ki, biz namazda heç bir dəyişiklik olmadan eyni şeyləri edirik, nəticədə düşüncəmiz formalaşmır və namaz bizə adiləşir. Bax, bütün problem də məhz buradan başlayır. Həyatımızın ən önəmli olanına önəmsiz davranırmışıq. "Məhəbbət yalnız öz nəfsinə qarşı qiyam edən ürəkdə tapılır." Həqiqi eşq, həqiqi vəfa və səmimiyyət yalnız nəfsinin istəklərinə qarşı çıxan qəlbdə tapılır. İnsanın öz nəfsinin əleyhinə atdığı ən kiçik addım isə namazdan heç bir şey əskiltmədən, əvvəl vaxtda və ədəblə qılınan namazdır. Həzrəti Əli (ə) buyurur: "Namaz şeytanın üzünü qaraldır." Namaz bu səbəbdən böyük cihadın təməlidir. Namazımızı düzəltsək, inşallah, həyatımızdakı bütün çətinliklər də aradan qalxacaq. Ustad Pənahyanın bu kitabı hər bir namaz qılanın
Din
Necə Kamil Namaz Qılaq?Elirza Penahiyan · İbrət Nəşriyyat · 202035 okunma
Puan vermedi·92 syf.··
2025 2. kitabı
·
12 günde okudu
·
Okunma: 24 Kasım 2025 06:07
Əllamə Həsənzadə Amulinin "İlahinamə" əsərini bitirdikdən sonra ürəyimdə dinc, lakin dərin bir həyəcan var. Bu kitab sadəcə oxunub keçiləcək bir mətn deyil, ruhu oyadan bir yol xəritəsidir. Bu kitabı bəyənməkdən daha çox, o mənə toxundu. Kitabın mövzusu insanın ən təməl axtarışıdır. Özünü tanımaq yolu ilə Allahı dərk etmək. Bu, Əllamə Həsənzadə Amuli özünün İlahi Eşqlə dolu münacatları, ariflikdə qeydləri və fəlsəfi düşüncələridir. O, bizə göstərir ki, kamil insan olmaq üçün mütləq olan yeganə yol qəlbi mənalı bir azadlığa daşımaqdır. Bu kitabı oxuduqca, o İlahi Eşqi həqiqətən dərk edənlərə qarşı qəlbimdə dərin bir həsəd hissi oyandı. O uca məqama çatmaq, dini, Quranı bütün dərinliyi ilə dərk etmək istəyi... O ruhi azadlığa varmaq arzusu insanın qəlbini bütövlükdə doldurur. Kitab məni bir daha inandırdı ki, həqiqi "mən"ə çatmaq üçün atılmalı olduğumuz ən cəsur addım, məhz öz içimizə səyahətdir. Xoş mütaliələr!
İlahinaməƏllamə Həsənzadə Amuli · İbrət Nəşriyyatı · 202112 okunma