Şükriyyə yanpörtü ona baxıb sual verdi :
- Heç xoşbəxt olmamısınız ?
- Bəlkə də, olmuşam. Axı hansı insan xoşbəxt olduğunun o an fərqinə varır ki ?
- Məncə, varırıq, - deyə Şükriyyə, qocanın kepkasını gözünün üstünə basıb yatmağına gülümsədi. - Məsum oluruq, arxayınlaşırıq, yox, biz xoşbəxt olanda bunu bilirik.