Samiq

İlahi, əgər əməllərimin Sənin dərgahında qəbul olunduğunu iynə ucu qədər bilsəm, səba yelinin təsirindən sağa-sola yellənən sərv ağacı kimi yerimdə durmaz, fərəhimdən daşı-torpağı şura gətirər, dağları yerindən oyadaram.
Sayfa 41·Kitabı okudu
Reklam
İlahi, necə deyim ki, Səni tanımamışam? Tanımışam axı! Necə deyim ki, tanımışam? Tanımamışam axı!

Samiq

, bir kitap okudu
Puan vermedi·240 syf.·
26 günde okudu
·
Okunma: 13 Kasım 2025 03:37
·
2025 1. kitabı
Quranda Habil və Qabilin əhvalatı ən möhtəşəm əhvalatlardandır. Burada Quranın insan barəsində olan nəzəriyyəsi açılır ki, əməl, əqidə, imana yetişmiş, maddi, təbii, ictimai və nəfsani əsirlərdən (və ya əsarətlərdən) azad olmuş insan necə əqidəpərəst olur və öz əqidəsi yolunda necə möhkəm dayanır, hərçinin başqa bir insan necə çökməyə yönəlir?!
Sayfa 229·Kitabı okudu
Habil və Qabilin əhvalatını danışır, elə oradaca onu iki insan arasında olan savaş kimi qeyd edir ki, biri əqidə və əməl insanıdır, haqq tərəfdarıdır, ədalət arxasıncadır, maddi mənafelərdən uzaqdır, o birisi isə tənəzzül etmiş, alçalmış, heyvanlaşmışdır. Birincisi Allahdan və pəhrizkarlıqdan (təqva), Allahın əməli yalnız pəhrizkarlığa (təqvaya) əsasən qəbul etməsindən danışır. O, elə bir şəxsdir ki, deyir: "Sən əgər məni öldürmək üçün mənə əl qaldırsan da, qatil olan mən olmayacağam (demək, öldürmək insanın təbiətində yoxdur), mən aləmlərin Rəbbindən qorxuram." O biri insan haqqında isə deyilir: "O, özünün əmmarə nəfsinin əsiridir."
Reklam