- Necə od vurmuşuq? Niyə boş-boş danışırsan? Biz onların beş-on dığa-mığasını öldürmüşük, bəs Nəcəfqulu kimi igidi bir də haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçə erməniyə dəyişmək olar? Bu nə boş-boş təskinlikdir, özünüzə verirsiniz?!
Mirzə Cəlil || “Kamança” (Şuşa, 1920)
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
- Nəyin uğrunda mübarizə aparır insan oğlu? - Əyilib yerdən bir ovuc torpaq götürdü - Xışmaladığım bu torpağa bax. Ölsəm, ona çevriləcəyəm. Nə qədər zərrənin özü var onda. Göyərsə, alma tingidir, qopub getsə, dovşan yemi. Bax, burada zülm çəkirik. Zaman isə dayanmadan qum saatı kimi ələnir. İllər keçəcək, bu gün burada əmr verən də, ruhdan düşən də, hiddətindən coşub etiraz edən də - hamısı, hamımız qəbirə uzanacayıq. Tarixin o biri tayından baxan hansısa eynəklilər bizim haqqımızda qərar verəcəklər.
Düşünən beyin fikir istehsal edir. Fikir istehsal olunduqca insan ətrafını sorğulamağa başlayır. Ətrafını sorğulayan insan isə diktatura rejimli idarəçilikdə ən qorxulu varlıqdır. Qalx,dövrə vur burada. Təkcə bu hücrədə bircə dənə cahil insan tapsan, gəl, de yalançısan. Hamısı ən azı seminariya bitirmiş, ən çoxu xaricdə təhsil almış adamlardır. Diktaturanın silahı birinci ziyalını biçir. Ziyalının biçildiyi cəmiyyətdə qorxu hakim olur. Qorxunun zəlil etdiyi kütləni isə hara istəyirsən yönəltmək olur.