Samiq

İmam Əli (ə): Loğmanın (ə) oğluna öyüdlərindən: “Oğlum! İmanı azalmış və Allahdan ruzi istəyində niyyəti zəifləmiş şəxs bilməlidir ki, onun gücsüz olduğu üç halda Tanrı ona ruzi vermişdir. Deməli, dördüncü halda da onun ruzisini verəcəkdir. Birinci, Tanrı ona anasının bətnində bərk bir yerdə olarkən ruzi verdi. Nə isti gördü, nə də soyuq. Sonra onu ana bətnindən azad edib, ana südü ilə doyuzdurdu. Zəif bir körpə olduğu halda onu böyütdü. Daha sonra onu süddən ayırıb, ruzisini ata və anasının qazancında qoydu. Valideynlərinin qəlbində ona qarşı elə bir məhəbbət və mərhəmət qoydu ki, sanki, ondan savayı bir şey yoxları idi. Hətta çox zaman onu özlərindən artıq düşünürdülər. Nəhayət, böyüyüb ağıl sahibi oldu. Özünə qazanc yeri tapdı. Lakin artıq düşüncə daraldı. Allaha qarşı fikri pisləşdi. Allah haqlarının (xüms, zəkat-Red.) malının üzərində olmasını inkar etdi. Allah-taalanın indi və gələcəkdə onun balalarının ruzisini kəsəcəyindən qorxub, Tanrı haqqında pis gümanlar etdi. Bu səbəbdən, özünə və ailəsinə sıxıntı keçirtdi. Oğlum! Bu ən pis bəndədir”.
Sayfa 117·Kitabı okudu
Reklam

Samiq

, şu anda okuyor
%26 (17/64 syf.)
J. M. Barrie
7.8/10 · 9,3bin okunma
“Kənzül-fəvaid”: Loğmanın (ə) oğluna hikmət və nəsihətlərindən: “Oğlum! Namazı bərpa et. Həqiqətən, Allah dinində namaz, xeymənin sütunlarına oxşayır. Nə qədər ki, sütun möhkəmdir, iplərin, mismarların və çadırların faydası olacaq. Əks təqdirdə isə, mismarın, ipin və çadırın heç bir faydası olmayacaq”.
İmam Sadiq (ə): Loğman (ə) oğluna dedi: “...Oğlum! Hikmətəmiz əxlaqın başında Allah dini dayanmışdır. Din möhkəm ağaca bənzəyir; Allaha iman onun suyu, namaz onun kökləri, zəkat isə, gövdəsidir. Allah yolunda qardaşlıq o ağacın şaxələri, gözəl əxlaq onun yarpaqları və günahlardan çəkinmək onun meyvəsidir. Necə ki, ağac pakizə meyvəsi olmasa, barsız sayılır, din də haramlardan çəkinməyincə, natamam hesab olunur”.
Sayfa 113·Kitabı okudu
“Tənbihül-xəvatir”: Loğman (ə) oğluna dedi: “Oğlum! Tövbəni gecikdirmə, çünki ölüm qəflətən gəlir”.
Sayfa 60·Kitabı okudu
Reklam