Samiq

Təklik…🪽
“Tənbihül-xəvatir”: Loğman (ə) təkliyə adət etmişdi. Bir gün ağası Loğmanın (ə) yanından keçərkən ona dedi: Ey Loğman (ə), sən çox tənha oturursan, əgər başqaları ilə oturub-dursan, sənin üçün daha əyləncəli olar. Loğman (ə) dedi: “Tənhalıq çox olarsa, fikri dərinləşdirər. Çox fikirləşmək isə (insanı) Cənnət yoluna yönəldər”.
Sayfa 42·Kitabı okudu
Reklam
Ruhun dərinliklərindəki düşmənlə mübarizə.
Puan vermedi·115 syf.··
2025 4. kitabı
·
9 günde okudu
·
Okunma: 15 Aralık 2025 06:52
Ustad Əlirza Pənahiyanın "Gizli Təkəbbürdən Xilas" kitabı mənəvi səyahətimizin ən gizli və təhlükəli düşməni ilə – Təkəbbürlə – necə üzləşməyin zəruriliyini göstərən dəyərli bir bələdçidir. Rəbbimiz Qurani-Kərimdə, Əraf surəsi 13-cü ayədə təkəbbürün mənbəyini açıqlayaraq buyurur: "(Allah) buyurdu: “Oradan (cənnətdən) en! Orada təkəbbür göstərmək sənə yaraşmaz. Çıx oradan, çünki sən alçaldılmışlardansan!” (Əraf, 7/13) Ayədən də göründüyü kimi, təkəbbür məhz İblisin, yəni şeytanın xislətidir və ən bariz düşmənimiz bəzən ruhumuzun dərinliklərində gizlənə bilir. Kitab bu gizli düşmənlə "təfəkkürlə" (fikirləşməklə) üzləşməyi, onun nə qədər təhlükəli olmasını göstərir və ondan qurtulmağın yollarını, yəni Mənəvi Ucalmağın labüdlüyünü qeyd edir. Kitabın ən vacib nəticələrindən biri də Namazın bu yolda bizə necə gözəl yoldaş olduğunu göstərməsidir. Namaz, Allahın əzəmətinin qarşısında insanın öz kiçikliyini dərk etməsi ilə təkəbbürü aradan aparır. Mənə görə İman geyim kimidir; daima onu səliqəli və yeni saxlamaq üçün çalışmalıyıq. Bu cür dəyərli əsərlər bizə ruhumuzu daima ucaltmalı olduğumuzun fərqinə varmağımıza kömək edir. Lakin unutmayaq ki, bu cür kitablar və fikirlər sadəcə vasitədir, köməkçidir. Əsas məsələ qəlbimizin o kamilliyə, o İlahi Eşqə çatmaq istəyidir. Səmimi arzu və dualarla: Allah bizləri o eşqə sahib şəxslərdən qərar verməsi diləyi ilə. Xoş mütaliələr və ruhunuz daim kamilliyə doğru böyüsün!
Din
Gizli təkəbbürdən xilasElirza Penahiyan · İbrət Nəşriyyatı · 012 okunma

Samiq

, bir kitap okudu
Puan vermedi·115 syf.··
9 günde okudu
·
Okunma: 15 Aralık 2025 06:52
·
2025 4. kitabı
Elirza Penahiyan
9.8/10 · 12 okunma
Son
Əgər dünya hayatının çətinliklərlə dolu olduğunu qəbul etsək, artıq yersiz şikayətlərdən əl çəkər, əvəzində problemlərə səbir va dözümlə sinə gərər, beləcə, bəla və müsibətlərdən daha çox müsbət naticələr əldə edərik.
Sayfa 115·Kitabı okudu
İnsan əzab çəkmədən böyüyə bilməz. Dünyanın quruluşu da bu cürdür: vücud və ruhun genişliyinə çatmaq üçün mütləq şəkildə əzab-əziyyət çəkməliyik. Belə olduqda, insan əzəmət və böyüklüyü doğru yolla əldə etmiş olur. Buna görə də, bu xam xəyallardan əl çəkməyimiz və dünyanın rahatlığının ardınca düşməməyimiz daha yaxşı olar. "İnsanın çətinliklər içində böyüməsi" hamının dərk etdiyi və isbatı üçün dəlilə ehtiyac olmayan bir məsələdir.
Sayfa 112·Kitabı okudu
Din
Reklam