Samiq

Allahın əzəmətini tanımaq və Onun böyüklüyünü hər zaman yad etmək insanın təkəbbürdən qurtulması üçün çox təsirlidir. İmam Həsən (ə) buyurur: "Allahın əzəmətini dərk edən birinə özünü böyük bilməsi yaraşmır. Həqiqətən, Allahın əzəmətini dərk edənlərin böyüklüyü, onların Allahın cəlalının müqabilində təvazökarlıq etmələridir."
Sayfa 99 - İbrət nəşirləri·Kitabı okudu
Reklam
Gizli təkəbbürün qarşısını ala biləcək yollardan ən mühümü təkəffür və nəfsi hesaba çəkməkdir. Özümə yaxşıca diqqət yetirsəm, ruhumun dərinliklərinə vara və onun künc-bucağlarında gizlənmiş təkəbbürü tapa bilərəm.
Din
Gizli təkəbbürə ən bariz nümunə kimi İblisi göstərə bilərik. O, altı min il Allaha ibadət etsə də, sadəcə bir pisliyi özündə gizlətmiş və onu islah etməmişdi. Həmin eyb təkəbbür idi. Allah İblisi imtahana çəkdi, beləcə, onun gizli təkəbbürü ortaya çıxdı. “Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu”.¹
Sayfa 94·Kitabı okudu
"Bizimlə qarşılaşacağına ümid bəsləməyənlər: 'Bizə mələklər endirilməlidir', yaxud da 'Biz Rəbbimizi görməli idik' – dedilər. Həqiqətən, onlar özləri barədə təkəbbürə qapıldılar və azğınlaşıb həddi çox aşdılar." Allah təkəbbürlü insanların rəftarlarının bütün xırdalıqlarını nə üçün bəyan etdiyini bilmirəm. Bu təkidlərin səbəbi bizim bu cür rəftarların arasında necə bir təkəbbürün gizləndiyini bilməyimiz üçün ola bilər. Bəlkə də, bütün bunlar Allahın həddən artıq narahatlığının göstəricisidir:
Din
Təkəbbür bəzi rəftarların arxasında gizlənə bilir və bizim onu görməməyimiz mümkündür. Buna görə də, Allah Quranda bu rəftarlara işarə edərək belə buyurur: "O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi, təkəbbür göstərərək israr edib durur”. Eşitməzdən gəlmək bir növ təkəbbürlü rəftardır. Əsassız bəhanələr, mübahisələr, yersiz gözləntilər – bütün bunların hamısı da təkəbbürün əlamətlərindəndir və təkəbbür əhlində tez-tez müşahidə olunur.
Din
Reklam