Samiq

Tələskənliyə səbəblərdən biri də, ətrafımızdakı insanlar və ictimai yanaşmadır. Bəzən insanın sapmasına, onun özündən çox, başqaları səbəb olurlar. Onlar təşviqləri, habelə təhqirləri ilə insanın öz düşüncəsi və nəfsini paklamaq istəyinin qarşısında maneə olurlar.
Sayfa 42·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Xanım Fatimeyi Zəhranın (s.ə) Mübarək Mövludu!
Hər bir məktəbin Fatimeyi Zəhra(s.ə) kimi nümunəvi insanı olsaydı, onlar belə bir xanımdan necə istifadə edib bəhrələnərdilər? Allah-təala yalnız müsəlmanlara belə bir nümunəvi xanımı bəxş etmişdir. Buna görə də müsəlmanların borcudur ki, bu fürsətdən istifadə edib həm əxlaqi, həm elmi, həm də mənəvi cəhətdən ondan nümunə və örnək götürsünlər.
Din

Samiq

, bir kitap okudu
10/10
·131 syf.··
13 günde okudu
·
2025 3. kitabı
Elirza Penahiyan
9.8/10 · 35 okunma
Namaz—Qəlbimdəki Utanc Və Həqiqi Eşqə Çağırış!
10/10
·131 syf.··
2025 3. kitabı
·
13 günde okudu
·
Okunma: 07 Aralık 2025 05:13
Bu kitabı bitirdikdən sonra mənəvi bir sarsıntı yaşadım. Ustad Elirza Penahiyan namazın sadəcə gündəlik bir borc yox, insanın bütün mənəvi və həyati problemlərinin kökündə duran əsas məsələ olduğunu o qədər aydın şəkildə izah etdi ki, namazlarıma indiyə qədər necə səhlənkar yanaşdığımı dərk etdim. Əslində hər bir azan fərdi olaraq məhz mənim üçün edilən bir çağırışdır. Sanki Allah: "Ey bəndəm, bu dünya işlərini burax, yanıma gəl!" deyə səslənir. Bu qədər mehriban və Qüdrətli olan Varlığın çağırışına səssiz qalmaq, dünya işlərini Onun çağırışından üstün tutmaq nə qədər utandırıcı bir hal imiş. Axı Allah Qiyamətdə belə günahlarımızı pərdələyəcəyini vəd edir: "Mən bəndələrimə səndən də mehribanam!" Bu qədər sevilən bir bəndənin biganəliyi ağrı verir. Məhəbbət Hardadır? Kitabda öyrəndiyim ən böyük həqiqət isə budur: Namaz bizim nəfsi istəklərimizin tərbiyəsində əsasdır. Namazın ən mühüm xeyri, insanın təkəbbürünü aradan aparmasıdır. Çünki namazın təkrar olunan hər bir hərəkəti bizə daim Allahın əzəmətini və insanın kiçikliyini xatırladır. Problem odur ki, biz namazda heç bir dəyişiklik olmadan eyni şeyləri edirik, nəticədə düşüncəmiz formalaşmır və namaz bizə adiləşir. Bax, bütün problem də məhz buradan başlayır. Həyatımızın ən önəmli olanına önəmsiz davranırmışıq. "Məhəbbət yalnız öz nəfsinə qarşı qiyam edən ürəkdə tapılır." Həqiqi eşq, həqiqi vəfa və səmimiyyət yalnız nəfsinin istəklərinə qarşı çıxan qəlbdə tapılır. İnsanın öz nəfsinin əleyhinə atdığı ən kiçik addım isə namazdan heç bir şey əskiltmədən, əvvəl vaxtda və ədəblə qılınan namazdır. Həzrəti Əli (ə) buyurur: "Namaz şeytanın üzünü qaraldır." Namaz bu səbəbdən böyük cihadın təməlidir. Namazımızı düzəltsək, inşallah, həyatımızdakı bütün çətinliklər də aradan qalxacaq. Ustad Pənahyanın bu kitabı hər bir namaz qılanın
Din
Necə Kamil Namaz Qılaq?Elirza Penahiyan · İbrət Nəşriyyat · 202035 okunma
Məhəbbət haradadır? Məhəbbət yalnız öz nəfsinə qarşı qiyam edən ürəkdə tapılır. Eşqi öz nəfsi istəklərinə qarşı çıxan qəlbdə tapa bilərsən. Vəfa və səmimiliyi öz nəfsinin əleyhinə addım atan kəsin qəlbində tapmaq olar. İnsanın öz nəfsinin əleyhinə atdığı ən kiçik addımı namazdan heç bir şey əskiltmədən əvvəl vaxtda və ədəblə qılınan namazdır.
Sayfa 100·Kitabı okudu