Həyatında maddi, mənəvi, ruhi, cismi nöqsan və çatışmazlıq gördüyün zaman ilk olaraq namazını araşdır; ola bilər ki, namaza qarşı səhlənkarlıq edirsən. Əlbəttə, möminin dünyada müəyyən qədər çətinliyi də olur; bəzən xəstələnir, problemlə qarşılaşır və yol qəzası keçirir. Xülasə, mömin insan çətinliklərə məruz qalır. Lakin bu çətinliklərin çox və dözülməz həddə çatdığını hiss etsən, ya da bu çətinliklər sənə bu qədər əziyyət verməli deyildisə, onda, ola bilər ki, namazına az vaxt ayırmısan. Namazını düzəlt, inşallah, çətinliklərin də aradan qalxacaq.