Oxumağa dəyər kitabdır və kitab məni hər zaman həyəcan içində saxladı. Və sonlarına yaxın həqiqətlərin üzə çıxması və Wow dedirdəcək şeylərin olmağı kitabı dahada maraqlı etdi. Spoiler olmasaydı çox şeyi rahat yazardım və bu kitaba ayırdığım vaxtıma dəydi. Kitab məndə var oxumaq istəyən olsa xəbər etsin
Məsihin QapısıPhilip Le Roy · Teas Press Nəşriyyatı · 2020100 okunma
Kitabın mövzusu əsasən Qurani Kərimdən sitat gətirməklə Allahın hər bir canlını, həyatı necə yaratdığını izah edir. Bu kitab sayəsində çox şeylər öyrəndim. Tövsiyyə edirəm oxuya bilərsiz.
Bəzən mal varlığının artması istəyi insanı daha da pis vəziyyətə qoyar. Yaddan qalan bir əsər oldu mənim üçün. Ən çox yazığım gələn Mukhorty oldu :/. Onun çəkdiyi əziyyət barədə çox az yer var.
Efendi ile UşağıLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 201610,6bin okunma
Çox gözəl və dəyərli məlumatları olan kitabdır. Və həyatımda yol göstərəcək məlumatlara sahib oldum. Tövsiyyə edirəm hər bir kəsə. Hətta məndən olsa hər kəsdə olmalı kitablardandır. Daha fərqli bir baxış açısı verir insana və bəzi mövzularda hətta cavab tapırsan.
Mən hər kitab barədə incələmə yazmıram. Sadəcə bu kitab həqiqətən pis günümdə yanımda oldu. Kaş bu kitabı əvvəlcədən oxuyardımda bəzi günlərin qədrin bilərdim. İçərisində elə alıntılar var idiki mənə yol tutmağa kömək elədi. Və beynimdə olan düşüncələrimə bu dövrə kimi qurban getdiyimi anladım. Ümid edirəm bundan sonra bu kitabdan əldə etdiyim düşüncələrlə yaşamağa davam edəcəm. Hamıya tövsiyyə edirəm bu kitabı. Uduzmayacaqsız :)