Həqiqət axtarışında ilk böyük əngəlimiz "mən artıq özümü tanıyıram", "mən öz hərəkətlərimin motivini bilirəm", "mən öz hisslərimdən xəbərdaram, ətrafımdakı şəraitə, adamlara münasibətimin səbəblərindən agaham" kimi yanlış fikirlərdir. İrəli getmək istəyiriksə, vəziyyət bir az açıq gözlə baxmalıyıq. Mən özümlə bağlı həqiqəti üzə çıxarmaq istəyirəmsə,özümü o həqiqəti bildiyimə inandırmaqdan əl çəkməliyəm. Mən yolumun üstündəki daşı götürmək istəyirəmsə, ilk növbədə onun nə olduğunu dərk etməliyəm...