Kitabı ümumi olaraq bəyəndim.
Yazıçı insanın daxilində baş verən psixoloji problemlərin insan üçün ən böyük təhlükə olduğunu ön plana qoyur. İnsanın günlərini davamlı eyni rutin şeylər edərək yaşamasının bir zamandan sonra sıxıcı olmasını göstərir, həmçinin, bu da müxtəlif çətinliklərə, insanın potensialını tam göstərə bilməməsinə gətirib çıxarır.
O qədər gözəl bir əsərdir ki... Sorğu-sualsız möhtəşəmdir. Oxumayanlar mütləq oxusun. Təsirindən çıxa bilməyəcəyiniz, zaman keçsə də, unutmayacağınız romanlardan olacağına əminəm.
Jane EyreCharlotte Brontë · Can Yayınları · 202042,1bin okunma
Yazıçı mənim fikirlərimi yazmış sanki. O qədər haqlıdır ki... Müharibənin siyasi bir oyun olduğu, günahsız insanlardan istifadə edilməsi, müharibənin insan həyatına verdiyi zərərlər və s. Bu əsəri Stefan Zweigin indiyə qədər oxuduğum ən yaxşı əsəri sayıram.
Çox maraqlı, axıcı bir romandır. Oxuduqca oxumaq istəyirdim. Siyasətin qara, gizli tərəfləri, öz mənafeləri üçün dindən istifadə edilməsi və daha nələr nələr...Oxumayanlar "Oxunacaqlar listi"-nə əlavə etməlidirlər.
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,400 okunma
Çox maraqlı və qeyri-adi bir roman idi. Oxuyarkən sanki baş qəhrəman Reyçelin hiss etdiklərini hiss etdim. Psixoloji, adrenalin dolu bir roman oxumaq istəyirsinizsə, bu roman tam sizlik. Oxuyacaq olanlara xoş mütaliələr.
Qatardakı QızPaula Hawkins · Qanun Nəşriyyatı · 013,6bin okunma