Shahla Maharramova

Shahla Maharramova
Potterhead
Uluslararasi ilişkiler
Bologna,Italya
Bakı , Azərbaycan, 28 Mayıs 1998
202 okur puanı
Nisan 2017 tarihinde katıldı

Shahla Maharramova

, bir kitap okudu
Puan vermedi·196 syf.··
2025 7. kitabı
Reklam
10/10
·392 syf.··
2025 6. kitabı
Bu kitabı mütləq oxumalısız. Oxuyub bitirəndən sonra divara baxıb uzun-uzun düşündüm. Bəzən əsər sizə çox uzun, bolca təsvirlərlə dolu gələ bilər amma əsərin mənası elə orasındadır. Martinin əzminə heyran qaldım. İnsanın bir şeyi bu qədər çox istəməsi və buna nail olması. Təəssüf ki çox xoşbəxt olacağını sansa da məqsədinə çatandan sonra heç də elə olmadı. İStəklərini əldə etdi amma hər şeyin boş olduğunu gördü. Martin sənin üçün çox pis oldum. Xoşbəxtliyi tapmaq,ona çatmaq bu qədər çətin imiş.
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2025135bin okunma
Puan vermedi·112 syf.··
2025 5. kitabı
Zweig yenə də hissləri ən gözəl anlamda oxuyucuya çatdıra bilir. Kitabda 3 əsas personajın dili ilə hekayəni oxusaq da əsas olan Edqar-12 yaşlı oğlan uşağının nə hiss etdiyini daha yaxşı anlayırıq. Ən əsası insanlar bir-birinə bəzən nifrət etsə də sevilmək üçün, yaşamaq üçün yenə bir-birlərinə möhtacdırlar. Edqar hələ də uşaq olduğu üçün , bəzi sirrləri bilməsə də bu qədər çox sevildiyi üçün xoşbəxtdir. Və artıq böyümək üçün o qədər də çox can atmır.
Dəhşətli SirrStefan Zweig · Qanun Nəşriyyat · 201851,3bin okunma
Puan vermedi·88 syf.··
2025 4. kitabı
Kitabda Dostoyevskinin 3 hekayəsi yer alır. gülünc adamın yuxusu, Bobok və Həzrət İsanın Milad yolkasındakı oğlan. Gülünc adamın yuxusu insanın özünü sevməsini, yalanın bir cəmiyyəti hətta cənnəti belə məhv edə bilməsini yeganə çıxış yolunun isə sevgi olmasından bəhs edir. Bobok qəbirstanlıqda yatan ruhların nə danışdığını eşidən bir adamın hekayəsi idi, bunlara qulaq asıb Bobok çox daha maraqlı və redaksiyalar tərəfindən sevilən bir kitab yaza bilər deyə ümid edirəm. Həzrət İsanın Milad yolkasındakı oğlan isə tipik ac olan bütün evlərdəki xoşbəxt, yolka ətrafındakı adamlara baxlb həsəd aparan sonra da donaraq ölüb Həzrət İsanın Milad yolkasının ətrafında yığışan bir oğlanın hekayəsi idi. Əgər hava bir az tutqun sizin də dramaya ehtiyacınız var amma çox zamanınız yoxdursa təbii ki Dostoyevski qələminə müraciət edə və bu hekayələri oxuya bilərsiz.
Gülünc Adamın YuxusuFyodor Dostoyevski · Parlaq İmzalar Nəşriyyatı · 20201,935 okunma