İlk öncə nədənsə Umberto Eco-nun çox uzun illər öncə yaşadığını düşünürdüm, 2016cı ildə həyata vəda etdiyini biləndə təəccübləndim doğrusu. Kitabı isə qısa olsa da maraqlı idi. Jurnalistikanın nə olduğunu , necə olduğunu bizə göstərir. Xüsusən də Milan küçələrində gəzib, Mussolini haqqında, məşhur küçələr haqqında bolca məlumat əldə etmək olar. Konspirasiyalar ilə məşğul olan Braggadocio fərziyyələri isə bir müddət sonra həqiqətə bənzəyir. Xüsusilə Mussolini, onun məşuqəsi, uzun müddət ölmədən Argentinada gizlənə bilməsi nəzəriyyəsi əslində çox da qeyri-mümkün görünmür. Kİtabı oxuyanlar sizcə Braggadocio nı kim niyə öldürdü?
kitab həqiqətən medianın necə böyük təsir gücünə malik ola bilməsini sübut edir və çox maraqlıdır.