Bir oturumda oxuyub bitiriləcək bir kitabdır. İranda dəftər,kitab mağazasında tanış olan 17yaşlı iki gəncin və İranın hekayəsi. Kitabdakı hadisələrdən İranda baş verən siyasi çəkişmələri, demokratiya uğruna mübarizələri oxumaq da bir ayrıca maraqlı idi. Biri birinə çox aşiq olan iki gəncin arasına girənlər ucbatından qovuşa bilməyib ayrı ayrılıqda həyatlarını yaşaması. Nə Röya nə də Bahman trajik həyat yaşamadı , öz özlüyündə yenidən sevgini, xoşbəxtliyi tapdı. Amma hər zaman əksik qaldılar. Sonda onların qısa müddətlik də olsa qovuşub danışması, bir yerdə vaxtlarını keçirməsi çox xoş idi.
Röyanın ata və anası çox sevimli idi. Atasının İranın o dövrünə rəğmən qızlarını ABŞa oxumağa göndərməsi onların təhsilinə necə böyük önəm verdiyini göstərir. Amma təəssüf ki qızları atalarının istədiyi kimi ölkələrinə qayıdıb savadlı mütəxəssis kimi xidmət etmirlər.
Röyanın bacısı Zari isə ağlı havada olan bir gənc idi. Amma zaman zaman Röyadan daha realist biri kimi ona kömək edirdi.
Bahmanın ailəsi. Anası Bəhmanın da dediyi kimi bəlkə başqa dövrdə, başqa ölkədə dünyaya göz açsaydı depresiyası müalicə olunar və gənclərin həyatlarını məhv etməzdi.
Atası isə bir az zəif amma xanımına çox aşiq biri idi. Bütün sinifləri, ailəsini yox sayıb sevdiyi xanımla hər şeyə rəğmən evlənmişdi.
Cənab Fəxri gənclərə özünün yaşaya bilmədiyi sevgiyə görə daima kömək edən, onları mağazasında görüşdürüb, məktublarını çatdıran amma təəssüf ki keçmişin günahlarını yumaq üçün son dəfə Bəhman və Röyaya mane olub bunu canı iıə ödəyən biri.
Walter isə alicənab, anlayışlı olmağın kitabını yazmış. Amma Röya kaş ki ona dürüst olub hər şeyi danışsaydı.
kitabda nə qədər də önəmli personaj olmasa da Şəhla (Bəhmanın xanımı) adını görmək xoşbəxt etdi.
Sonu qəmli, yarım bitən bir sevgi hekayəsi deyil. Hər kəs