Kitabda hər ay yaşaya biləcəyiniz problemləri izah edib və ağlınızda olacaq suallara cavab verilməyə çalışılıb. Sadəcə daha çox Amerikan sistemi ilə, xəstəxanaları ilə bağlı olan hissələr var ki azərbaycanlı oxucuya maraqsızdır.
Kitab o qədər axıcıdır ki bir oturumda bitirmək olur. Universitetdən yeni məzun olmuş doktorun tək başına ağır əməliyyatlar həyata keçirmədən qabaqki tərəddüdlərini və bunlarla necə başa çıxdığından bəhs edir. O həmçinin nəzəriyyə və praktikanın ayrı şeylər olduğunu görür və daima daha çox oxuması gərəkdiyini anlayır. Tam soyuq günlərdə oxunacaq bir kitabdır.