Matt Haig-in tərzini çox bəyənirəm. Kitabları çox axıcıdır, əlindən yerə qoymaq istəmirsən bir an öncə bitsin istəyirsən. Bu da o kitablardan biri idi. Çox gec yaşlanan insanların hekayəsi. Qədim dövrlərdə yaşayan insanların o zamanları və indini müqayisə etməsi, dəyişiklikləri göstərməsi maraqlı idi. Amma kitabın sonluğu mənim üçün o effekti vermədi. Bilinən klassik türk seriallarına bənzədi sonluğu. Yenə də oxumağa dəyərdi.
How to Stop TimeMatt Haig · Canongate Books · 201715,2bin okunma
Kitab həqiqətən çox maraqlı irəliləyir. Növbəti bölümdə nə olduğunu bilmədən kitabı əlindən yerə qoymaq istəmirsən. Juniper kitab yazmağın, çap etdirməyin çətinliklərindən danışır. Athena qədər uğurlu ola bilməyəcəyindən qorxur. June-n yaşadıqları, hissləri oxucuya çox tanışdır. Kitabın sonunda isə düşünürəm June istədiyinə nail olur və başına gələnləri Yellowface adlı kitabında yazır. Uğurlu olmağa davam edir. Çoxlarının əksinə June uğurlu olmasını istəyirdim. Sonda isə qısqanclığın necə insanı içdən məhv edən bir hiss olduğunu hiss elədi oxucular.
YellowfaceR. F. Kuang · William Morrow · 202313,3bin okunma
SSRİ dövrümüzlə, o dövrdə insanların yaşam, iş, həyat şərtləri ilə bağlı olan kitablar maraqlı gəlir. Bu romanda da telefonçu 18 yaşlı Mehribanın ilk dəfə öz ayaqları üstündə durmasından, dost qazanmasından və ilk sevgisində uduzmasından danışılır.
Telefonçu QızHəsən Seyidbəyli · Bakı, Uşaqgəncnəşr · 196015 okunma