Hüsniyyə Sultanova

Hüsniyyə Sultanova
@Sultanova31356
Ağılın gücü )
Kral dəyərli daşı alandan sonra əkinçidən soruşur: –Məndən mükafat olaraq nə istəyirsən? Əkinçi deyir: –Mənə əlli qamçı vurmağınızı istəyirəm.İstədiyim mükafat budur.Saraydakı məmurlardan biri ilə razılaşmışıq.Alacağım mükafatın yarısını ona söz vermişəm.Buna görə də iyirmi beş qamçı mənə,iyirmi beş qamçı də ona vurmağınızı istəyirəm. Bu sözləri eşidən kral ürəkdən gülür və əkinciyə çoxlu mükafat,hədiyyələr verir.Həmin məmuru isə sarayından uzaqlaşdırır.
Sayfa 60 - MİMTA·Kitabı okudu
Hüsniyyə Sultanova
Alıntılarınız götürdüm halal edin🥲😅
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Ağılın gücü )
Kral dəyərli daşı alandan sonra əkinçidən soruşur: –Məndən mükafat olaraq nə istəyirsən? Əkinçi deyir: –Mənə əlli qamçı vurmağınızı istəyirəm.İstədiyim mükafat budur.Saraydakı məmurlardan biri ilə razılaşmışıq.Alacağım mükafatın yarısını ona söz vermişəm.Buna görə də iyirmi beş qamçı mənə,iyirmi beş qamçı də ona vurmağınızı istəyirəm. Bu sözləri eşidən kral ürəkdən gülür və əkinciyə çoxlu mükafat,hədiyyələr verir.Həmin məmuru isə sarayından uzaqlaşdırır.
Sayfa 60 - MİMTA·Kitabı okudu
Hüsniyyə Sultanova
Təşəkkür edirəm ♥️
8/10
·80 syf.··
Beğendi
·
2021 43. kitabı
·
3 saatte okudu
·
Okunma: 09 Mayıs 2021 20:18
Fransa və Prussiya arasında baş verən müharibənin fonunda hadisələr cərayan edir.Müharibə zamanı əxlaqlıların Vətən haqda çıxışlarından doya-doya danışırıq.Bəs əxlaqsız adlandırdığımız  bədənini " satan"lar barəsində görəsən düşünürükmü? Biz onları bu yola sürükləyən səbəbi düşünmədən cəmiyyətdən ayırır, hədəf nöqtəsinə çevirik.Yaxşı,lap əla.Bəs onda işimiz onlara düşərkən niyə yaltaqlanırıq? Yəni ac qalsan bir əxlaqsız qadında yemək üçün azuqə olsa, nə edəcəksən.Əmin olun ki, o zaman səni onun əxlaqsız olduğu maraqlandırmayacaq belə. Yeməkdən sənə verməyini istəyəcəksən.Və yeməyi yeyəndən sonra o adam yenə də sənin gözündə əxlaqsız və pis biri olmaqdan başqa heç nəyə çevrilməyəcək. Elizabet üçün də bütün bu olanlar keçərlidir.Əxlaqsız olan qadın Vətənini sevir.Qəribə gəlir, elə deyilmi? Biz əxlaqsızları elə düşünmürük axı. Azuqə götürməyən faytondakılar ondan yemək xahiş edir.O da verir.Amma əsas hadisə alman zabitinin gonbulu " istəməsi"  ilə əks təzad yaradır.Vətənpərvər faytonçular onsuz da əxlaqsızdı nə olacaq, deyir.Təki bizi buraxsınlar- deyə düşünür. Elizabet isə düşmən zabitin təklifini rədd edir.   Bu zaman ,sizcə, alman zabitinin gözündə təkcə Elizabet idimi əxlaqsız olan? Xeyr.Onun gözündə  faytonçular da əxlaqsız idi.Elə almanın özü də əxlaqsızdan başqa bir şey deyildi.
1000Kitap
GonbulGuy de Maupassant · Qanun Nəşriyyatı · 2019682 okunma
Hüsniyyə Sultanova
Çox gözəl şərh etmisiniz