Şəbnəm Talıbova

Şəbnəm Talıbova
@TShabnam
Books>human
Puan vermedi
Frans Kafkanın Çevrilmə əsəri insanın cəmiyyətdəki yerini və təcrid olunmasını təsvir edən simvolik bir hekayədir. Əsərin baş qəhrəmanı Qreqor Samsa adi bir satıcıdır. Bir gün oyananda görür ki, nəhəng bir həşərata çevrilib. İlk vaxtlar ailəsi ona qarşı səbrli davranır, amma zamanla ondan uzaqlaşırlar. İşini itirən Qreqor bir müddət otağında tək yaşayır, ailəsi isə onu yük kimi görməyə başlayır. Sonda tamamilə tərk edilir, heç kim ona qayğı göstərmir və nəticədə ölür. Ailəsi isə sanki bir yükdən qurtulmuş kimi həyatlarına davam edir. Əsər insanın cəmiyyət və ailə qarşısında dəyərinin onun faydası ilə ölçüldüyünü, təcrid olunmanın və anlaşılmazlığın insanı necə məhv etdiyini göstərir. Qısa və sadə dillə yazılsa da, çox dərin mənalar daşıyan təsirli bir əsərdir.
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019267,4bin okunma
Reklam
Puan vermedi·140 syf.··
2024 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 05 Şubat 2024 00:00
Yeraltından Qeydlər Dostoyevskinin insan psixologiyasını dərin araşdırdığı bir əsərdir. Baş qəhrəman cəmiyyətdən təcrid olunmuş, pessimist və kinli bir insandır. O, insanları, onların məntiqə əsaslandığını düşünən fəlsəfi baxışları tənqid edir və bildirir ki, insan həmişə ağıl və məntiqlə hərəkət etmir, bəzən qəsdən özünə ziyan verən qərarlar da alır. Əsərin ikinci hissəsində qəhrəmanın keçmişindən bəzi hadisələr danışılır. O, keçmiş dostları ilə görüşür, amma həm onlara nifrət edir, həm də onların diqqətini çəkmək istəyir. Daha sonra Lizaveta adlı bir qadınla tanış olur, ona ümid verir, amma sonda onu təhqir edib uzaqlaşdırır. Əsər insanın daxili ziddiyyətlərini, cəmiyyətlə uyğunlaşmaq istəməməsini və özünü dərk etməkdəki çətinlikləri göstərir. Qəhrəman həm insanlardan qaçır, həm də onların sevgisinə ehtiyac duyur. Bu da onu daim əzab içində saxlayır.
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025159,2bin okunma
Puan vermedi·200 syf.··
2025 4. kitabı
·
5 günde okudu
·
Okunma: 21 Şubat 2025 12:56
Mark Mansonun “Ustalık Gerektiren Kafaya Takmama Sanatı” kitabı, pozitiv düşüncə mədəniyyətinə tərs bir yanaşma ilə diqqət çəkir. Manson, hər şeyə müsbət yanaşmağın real olmadığını və həyatın qaçınılmaz çətinlikləri ilə barışmağın daha sağlam bir yol olduğunu vurğulayır. Kitabın əsas fikri, hər şeyə əhəmiyyət vermək yerinə, yalnız həqiqətən vacib olan şeylərə fokuslanmaqdır. Kitabın əsas ideyaları: 1. Hər şeyə əhəmiyyət verməmək lazm olduğu; 2. Ağrını və çətinlikləri qəbul etmənin önəmi; 3. Dəyərlərini düzgün seçmənin vacibliyi; 4. Qüsurlarını qəbul etmək bacarığı; 5. Ölümü xatırlamaq kimi önəmli və insani dəyərlərdən ibarətdir Kitab təkcə “heç nəyi vecinə alma” kimi səthi bir fikir təqdim etmir. Əksinə, lazımsız şeyləri bir kənara qoyub, enerji və diqqəti həqiqətən dəyərli olan sahələrə yönəltməyi tövsiyə edir.
1000Kitap
Ustalık Gerektiren Kafaya Takmama SanatıMark Manson · Butik Yayınları · 201715,4bin okunma