Kitabda XX əsrdə İranda baş verən siyasi toqquşmalar zamanı qız, həyat yoldaşı və ya ana olmağın necə məşəqqətli olduğu ən açıq halı ilə təsvir edilib. Din və siyasətin ölkəni müxtəlif parçalara böldüyü bu dövrdə bir ana həm təhsil almaq, həm də ailəsini qorumaq adına inanılmaz əziyyətlərlə qarşılaşır. Qadın olmaq çətindir. Bu kitab isə bütün çətinliklərə rəğmən öz ayağı üstündə durmağa çalışan qadınların iç səsidir.