Bütün baş verənləri götür-qoy etdikdən sonra, nəhayət, bunu anladı: qüvvətli olmalıdır. Artıq hər şey onun çiyinlərindədir. Amma haradan başlayacağını, nə tədbir tökəcəyini bilmirdi.
Yalnız bir məsələni dəqiq bilirdi: zamanı bilmək insanı yaşadırmış. İnsan övladı zaman anlayışının daxilində yaşayırmış. Bunu dərk etmək ona çox ağır gəldi.