Əhməd Cavadın ən məşhur əsərlərindən biri də “Səsli qız” poeması
Əsərdə qeyd olunan məsələlər vətənə məhəbbət, azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması, işğalçılara dərin nifrətdir.
Əsərdə yaddaqalan insan obrazları da yaradılı.Personajların iç dünyası qələmə alınıb. Oxuyucu əsərdə yığcam təsvirlər obrazlar barədə dolğun təsəvvür qazanır və diqqətini daha çox cəlb edir .
Ən çox diqqət çəkən obraz poemanın baş qəhrəmanı olan Saradır. O mərd, sədaqətli, vəfalı, vətənpərvər bir obrazdır.Saranın vətəni işğal edilir döyüşdə sevdiyini itirir. O, düşmənə yaltaqlanan həmyerliləri tərəfindən kef məclisinə gətirilir və qalib hökmdara “ölkəməzin ulduzu” adı ilə təqdim edilir. İşğal olunmuş ölkədə baş verən qırğın, dağıntı bu qeyrətli qızı dərindən yaralayıb o qisas arzusundadır. Onu rəqs etməyə məcbur edirlər həm də mahnı oxumasını tapşırırlar.
Sara tapşırığı yerinə yetirir içindəki acını səsinə və mahnının sözlərinə yansıdır. Onun səsində “ölkədə qaynayan kin”, mahnının sözlərində isə doğma yurda dərin məhəbbət əksini tapır. Saranın qaniçən hökmdarı zəhərləyərək öldürməsi ümumxalq üsyanının başlanmasına, nəticədə ölkənin işğaldan azad edilməsinə səbəb olur. Poema ideya-məzmunun cəhətdən çox zəngindir. vətənin düşmən hücumundan müdafiə edilməsinin vətəndaşın şərəf işi olması; ölkənin müstəqilliyini, xalqın azadlığını heç nə ilə əvəz etməyin mümkün olmaması; “insanlığın əzilməsinin”, insanın qəddarlıqla məhv edilməsinin yolverilməzliyi əsərin ideyaları arasındadır.
Aptal balık ve Tilki
Kitab bir çox oxuyucu tərəfindən sevilməsə də mən çox sevərək oxudum. Mənə oxu vərdişi qazandıran kitablardandır. Kitab insan psixologiyasına mənfi təsir edən ünsürlərə sahibdir, buna görə həssas insanların oxumamağı məsləhətlidir. Kitabın mövzusu belədir.
İntih@r etmək üzrə olan əsas qızımızın qapısı anidən döyülür və o intih@r qərarından əl çəkib qapını açır. Qapıda onu dağınıq saçları olan çiyninde gitara çantası asılı duran gənc qarşılayır və bu ikilinin macərası başlayır.
Obrazlar çox dərin idi. Hər birini sevdim. Bir çox oxuyucu Özgürün bəzi hərəkətlərinə görə qınasa da mən qınamadım. Egoist bir obraz kimi görünə bilər Özgür amma mənə görə elə deyil. Niyə ona belə sərt reaksiya verirlər anlamıram. Axı onsuz da Yosuna hər şeyi başdan dedi. Necə biri olduğunu dedi. Hər şeyə rağmən Yosun yenə də onunla getdi. Heç Yosun bəzi oxuyucular qədər sərt reaksiya vermədi bəzi hadisələrə. Yosun sən necə vəfalı, anlayışlı, fədakar bir obrazsan. Özgür və Yosun bir-biriləri üçün yaranıb. Kim nə deyir desin ÖZGÜR YOSUNU SEVDİ ! Bunu isbat edən hissələr var kitabda. Özgür əvvəlcə Pınarı (Pınar özgürün keçmiş sevgilisi saf, məsum, sevgi dolu şirin bir obraz.) sevsə də sonradan Yosunu da sevir. Bəzi oxuyucular bunu qəbul etmək istəmir.
Kitabın mövzusu, yazım dili, obrazların dialoqları ( əsas da Yosun və Özgürün dialoqları) əladır. Və yan obraz Anılın bele duygusal hekayesinin olması kitabı daha da dərinləşdirir. Bunu çox sevdim.
Qeyd edim ki, ən çox alıntı çıxardığım kitab bu kitabdır.