Nermin Abdullayeva

Nermin Abdullayeva
@The_readelia
Bir cümlə səni, bir kitab həyatını dəyişə bilər
Puan vermedi
Əslində ilk eşitdiyimdə, “Doğum Günü Kızı”ndakı kimi bir əlaqə gözləmişdim. Lakin kitabı oxuduqdan sonra, o qədər də bəyənmədim və həmin havanı ala bilmədim. Bu kitabda qızımız sevgilisindən ayrılır, birlikdə yaşadıqları evi də tərk edəndən sonra evin depoziti zəmanət verən ataya gedir. Qızımız Charlie, öz hissəsini almaq üçün daha əvvəl heç tanımadığı sevgilisinin atasının iş yerinə gedir. Təbii ki, oraya çatanda, bir “yanlış anlaşılma” nəticəsində, Emerson qızın başqa məqsədlə gəldiyini düşünür, amma qısa müddətdə bu yanlış anlaşılma düzəlir. Charlie öz payını alır, amma baş verənlər onun ağlından çıxmır. Zaten bir neçə gün sonra Emerson tərəfindən, oğlu ilə arasında körpü rolunu oynaya bilməsi üçün sekreterlik təklifi alır. Başda sadəcə sekreterlik olaraq başlayan iş, qızımızın Emerson’ın işinə olan böyük marağı və diqqəti ilə fərqli bir hala gəlir. Açığı desəm, daha çox duygusal kitab gözleyirdim. Gözləntim qarşılanmadı. Oxumasam da bir şey itirməzdim. Mövzu mənə çox cazibədar gəlmədi. Yeganə müsbət cəhət isə kitaptakı hər şeyin razılığa əsaslanması idi. Birdə valideyn övlad münasibətinə toxunulması idi.
Aşk
PraiseSara Cate · Ephesus yayınları · 2023467 okunma
Reklam
“Bəzən insanlar, içlərindəki qaranlıqla barışmaq zorunda qalırlar, çünki başqa cür yaşamaq mümkün deyil.” “Sevgi… bir həqiqət deyil, əslində ən böyük yalanlardan biridir.” “Mənim dünyamda heç bir yer yoxdur, amma hələ də sənə olan ehtirasımı gizlədə bilmirəm.” “Keçmişi unuda bilməzsən. O, sənin içində gizlənir və hər zaman sənə geri dönür.” “O, mənim ən böyük zəifliyimdir, amma eyni zamanda gücümün ən böyük qaynağıdır.” “Həyatım boyunca heç kim mənə belə təsir etmədi. O, sadəcə hər şeyə qarışıb getdi.” “Bir insanın daxili qorxuları, onu daha çox zəiflədir və heç kəsə göstərmək istədiyi halda, daha çox gizlədilməli olur.”
Alıntı
Puan vermedi
“Hooked”, Emily McIntire’ın “Never After” serisinin ilk kitabıdır və klassik “Peter Pan” nağılından ilhamlanaraq müasir bir şəkildə yenidən təqdim edilmişdir. Bu kitabda, nağılın tanınmış pis obrazı olan Kanca (James Hook), çox daha qarışıq, qaranlıq və dərin bir şəxsiyyət olaraq təqdim edilir. Kitabda, Kanca, nağılın əvvəlki pis və soyuq obrazından fərqli olaraq, çox daha mürəkkəb və insanəvi bir xarakterə çevrilir. Kanca, həm keçmişindəki travmalarla, həm də daxili mübarizələri ilə üzləşir. Bu, kitabı sadəcə bir romantik hekayə olmaqdan çıxarıb, xarakterin inkişafını dərinləşdirir. Kitabın digər baş qəhrəmanı isə Wendy-dir. Wendy, nağıldakı saf və masum obrazdan fərqli olaraq, burada güclü, müstəqil və emosional cəhətdən mürəkkəb bir şəxsiyyətə sahibdir. “Hooked”, əsasən romantik gerilimdir, amma eyni zamanda xarakterlərin keçmişlərini, daxili dünyalarını və aralarındakı əlaqəni araşdıran bir əsərdir. McIntire, romantizmlə qaranlıq mövzuları ustalıqla birləşdirərək, oxucunu həm emosional, həm də psixoloji baxımdan dərin bir səyahətə aparır. Kitabda, sevgi, intiqam, güc və sağalma kimi ümumi mövzular işlənərkən, eyni zamanda qaranlıq xarakterlərin və əlaqələrinin də təsirli bir şəkildə təhlili təqdim edilir. Əgər nağılların qaranlıq, müasir təfsirlərini sevirsinizsə və xarakter dərinliyi axtarırsınızsa, “Hooked” mütləq oxumağa dəyər bir kitabdır. Həm aksiyon dolu, həm də emosional baxımdan güclü bir hekayə təqdim edir.
BağlıEmily McIntire · Ren Kitap · 2023839 okunma
Benim ay gibi ışıldayan yüreklere ve güneş gibi parlayan gülümseyişlere ihtiyacım var... Güzel bir dünyaya inanmaktan vazgeçmeyeceğim.' Sakın unutma, ay gibi ışıldayan yürekler ve güneş gibi parlayan gülümseyişler… “Seni sevmekten hiç vaz­geçmedim. Bir ömür yetecek kadardın sen."
Alıntı
Puan vermedi
Rune, beş yaşında ikən ailəsi ilə birlikdə Norveçdən Georgiaya köçür. Yeni evlərinə köçdüklərində bu vəziyyət onu heç xoşbəxt etmir, amma qonşu evdə yaşayan Poppy ilə tanış olduqdan sonra bu narahatlıq uzun sürmür. Rune və Poppy arasında heç vaxt qırılmayacaq bağlar yaranır. Və illər sonra yenə Rune’ın atasının işi səbəbi ilə Georgiadan ayrıldıqlarında münasibətləri düşündükləri kimi getmir. Rune’ın ürəyi çox sızlayır, amma geri dönüb öyrəndikləri şeylərdən sonra ürəyi parçalanır. Hətta bu hekayəyə şahid olan bizim də ürəyimiz parçalanır. “Min Öpücük” çox təsirləndiyim, ağladığım, məni duyğulandıran kitab idi. “Həm aşk kitabı oxuyum, həm də dram oxuyum” deyirsinizsə, bu kitab tam da sizin üçündür.
Bin ÖpücükTillie Cole · Yabancı Yayınları · 20171,837 okunma
Reklam