Jordan işdən çıxmaq vaxtı gəldikdən sonra, sevgilisinin onu aparmasını istəyir. Lakin, heç kim ortalıqda yoxdur və bu gün Jordan’ın doğum günüdür, amma o bunu belə unutmuşdur. Həqiqətən də laqeyd və diqqətsiz biridir. Nəysə, sevdiği, maraqla gözlədiyi film çıxmışdır və doğum günü olduğu üçün özünə hədiyyə olaraq bu filminə gedir. Orada hadisələr başlayır və Pike ilə qarşılaşır. Və bu hər şeyin başladığı nöqtədir.
Kitabı həqiqətən bəyəndim, maraqlandığım və oxumaq istədiyim kitablar arasında idi. Kitabda bəyənmədiyim tək şey, bölmə aralarının həddindən artıq uzun olması idi. Yenidən oxumağa başlamaq üçün bir fasilə verməli oluram, bu ayrıca bir məsələdir. Digər bir şey isə, obrazların aralarında qarşılıqlı bir çəkim olmasına baxmayaraq, bu çəkimi, içində olduqları vəziyyətə görə görməməzliyə vurduqları hissi bəli bunu sevmədim, amma qalan hər şey çox gözəl idi.