Bu kitab üz forması anomaliyalarından əziyyət çəkən Auggie adlı bir oğlanın hekayəsindən bəhs edir. Auggie adi məktəbə getməyə qərar verir və bu yolda çətinliklər, dostluqlar və qərəzlərlə dolu səyahətə çıxır.
“Möcüzə” insan şəxsiyyətinin daxili gücünün üzə çıxarılması, empatiya, qəbul və kəşf haqqında güclü mesajı olan təsirli əsərdir. Bu, Auggie ətrafındakı insanların necə reaksiya verdiyini, cəmiyyətin fərqliliklərə necə yanaşdığını və instinktiv insan dəyərlərinin əhəmiyyətini vurğulayan bir kitabdır.
Raquel J. Palasionun səlis dili və personajlar arasındakı münasibətlərin dərinliyi oxucuları kitaba bağlayır. Hekayənin müxtəlif perspektivləri və emosional dərinliyi oxucuları Auggie-nin həyatına dərindən cəlb etməyə cəlb edir.
Kitabda təkcə uşaqlar üçün deyil, böyüklər üçün də vacib dərslər var. Empatiya, sevgi və qəbul kimi universal mövzular "Möcüzə"ni təkcə uşaq kitabı deyil, həm də hər yaşda olan oxucuları cəlb edən şah əsər edir.
"Möcüzə" əslində insanın özünün olmasına çox diqqət yetirir. Fərqlərimiz əslində bizi birləşdirən güclü elementlərdir və hansı insan olmağı seçdiyimiz kim olduğumuzdan daha vacibdir. R. J. PalacioMöcüzə
Əhməd Cavadın ən məşhur əsərlərindən biri də “Səsli qız” poeması
Əsərdə qeyd olunan məsələlər vətənə məhəbbət, azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması, işğalçılara dərin nifrətdir.
Əsərdə yaddaqalan insan obrazları da yaradılı.Personajların iç dünyası qələmə alınıb. Oxuyucu əsərdə yığcam təsvirlər obrazlar barədə dolğun təsəvvür qazanır və diqqətini daha çox cəlb edir .
Ən çox diqqət çəkən obraz poemanın baş qəhrəmanı olan Saradır. O mərd, sədaqətli, vəfalı, vətənpərvər bir obrazdır.Saranın vətəni işğal edilir döyüşdə sevdiyini itirir. O, düşmənə yaltaqlanan həmyerliləri tərəfindən kef məclisinə gətirilir və qalib hökmdara “ölkəməzin ulduzu” adı ilə təqdim edilir. İşğal olunmuş ölkədə baş verən qırğın, dağıntı bu qeyrətli qızı dərindən yaralayıb o qisas arzusundadır. Onu rəqs etməyə məcbur edirlər həm də mahnı oxumasını tapşırırlar.
Sara tapşırığı yerinə yetirir içindəki acını səsinə və mahnının sözlərinə yansıdır. Onun səsində “ölkədə qaynayan kin”, mahnının sözlərində isə doğma yurda dərin məhəbbət əksini tapır. Saranın qaniçən hökmdarı zəhərləyərək öldürməsi ümumxalq üsyanının başlanmasına, nəticədə ölkənin işğaldan azad edilməsinə səbəb olur. Poema ideya-məzmunun cəhətdən çox zəngindir. vətənin düşmən hücumundan müdafiə edilməsinin vətəndaşın şərəf işi olması; ölkənin müstəqilliyini, xalqın azadlığını heç nə ilə əvəz etməyin mümkün olmaması; “insanlığın əzilməsinin”, insanın qəddarlıqla məhv edilməsinin yolverilməzliyi əsərin ideyaları arasındadır.